170 Sual-Cavab (9)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 869
Səs ver:
(səs: 1)
Sual 9: Allah şeytanı nə üçün yaratdı?
Cavab: Tez-tez belə suallarla qarşılaşırıq:Şeytan kimi alçaq bir vücudun yaradılması hansı məntiqə əsaslanır?
İlk əvvəl onu qeyd edak ki , Allah-təala şeytanı alçaq yaratmamışdır.Mötəbər dini mənbələrin verdiyi məlumatlara görə, şeytan uzun illər mələklərlə yanaşı dayanmışdır. Lakin sonradan verilmiş azadlıqdan sui-istufadə edərək, tüğyan qoparmışdır. Demək şeytan ilk əvvəl pak yaradılmış , sonradan öz istəyi ilə azğınlığa düçar olmuşdur. İkinci bir tərəfdən, yaranış qanunlara əsasən, ziddiyyət olmayan yerdə tərəqqidə olmaz. Şeytanın varlığı imanlı insanlar üçün qorxulu deyildir. Əksinə onun törətdiyi fitnə-fəsadlar, imanlı insanların təkamülü üçün mühüm şərtlərdəndi.
İnsan yalnız güclü düşmənlə qarşılaşdığı zaman öz qüvvəsini səfərbər edib, işə sala bilər. Tarixə baxın.Yalnız güclü düşmənlərin hücumları qarşısında ardıcıl müqavimət göstərmiş millətlər, böyük mədəniyyət yarada bilmişlər.
 
"Nəhl" surəsinin 99 və 100 -cü ayələrində buyurulur: " Həqiqətən , iman gətirib yalnız öz Rəbbinə təvəkkül edanlarin üzərində şeytanın heç bir hökmü yoxdur. Şeytanın hökmü yalnız ona itaət edib, Allaha şərik qoşanlar üzərindədir.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 869
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri