Ana Duası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 9 442
Səs ver:
(səs: 5)
 
Bizi min bir əziyyətlə dünyaya gətirən,gecə-gündüz demədən,əziyyət çəkməkdən yorulmayan,saçlarına dən düşmüş,beli bükülmüş,can analar!
Övladı gülməyincə gülməyən,yeməyini yeməyincə ağzına tikə qoymayan,böyük sıxıntılara vüqarla sinə gərən,can analar!
Laylasına könül verdiyim,xəstə başımı sığallayıb dualarıyla canıma məlhəm olan,qürbətdə belə qoxusu burnumdan çəkilməyən,can anam!
"Cənnət sizin ayaqlarınızın altındadır",ayaqlarınızın dəydiyi yerlərə güllər səpməli,qədrinizi bilmək üçün daha nələr etməli?!
Övlad özü ana olmayınca bilməz anaların qədrini.
Balasını qucağına aldıqdan sonra bilər öz anasının dəyərini və içdən gələn bir səslə "Ah anam!"deyər.
Övlad nədir,ana nədir: İkisini də dadmayınca bilməz balalar...
Haqqı böyük olan anaların dualarının qəbul gücündən bəhs edəcəyik bu gün.
Anaların dualarına məzhər olan övladlar nə xoşbəxtdir!
Bir gün Hz.Musa (a.s) Allahdan (c.c) soruşur:"Mənim cənnətdəki qonşum kim olacaq?"
Allahu Təala : Sənin cənnətdəki qonşun filan yerdəki qəssabdır",-cavabını verir.
Hz Musa (a.s) bu cavabdan çaş-baş qalır və öz-özünə:"Allah! Allah! Bir qəssab ilə peyğəmbər necə qonşu ola bilər? Bu mübarək qəssabı gedib görməliyəm",-deyir və yola düzəlir.
Soraqlaşa-soraqlaşa həmin qəssabı tapır və onun dükanına daxil olur.
Özünü tanıtmadan qəssaba salam verir: "Mən Allah qonağıyam.
Uzaq yol gəlmişəm.Əgər icazə versəniz,bu gecə sizin qonağınız olaram".
Həmin qəssab peyğəmbəri gülərüzlə qarşılayır və: "Buyurun oturun. Dükanı bağladıqdan sonra birlikdə gedərik",-deyir.
Hz. Musa (a.s) bu mübarək insanın davranışlarını müşahidə etməyə başlayır.
Qəssab dürüst bir insan idi,ünsiyyətdə olduğu bütün insanları gülərüzlə qarşılayır,onlara xoş söz deyirdi.
Müştəriləri ilə isə daha həssas davranırdı,tərəzini çox dəqiq çəkirdi.
Kasıb insanları isə dükanından əli-boş qaytarmırdı. Hətta it və pişiyin də ruzisini verirdi.
Axşam qəssab qonağı ilə birgə evinə gedir.
O,tək otaqlı evində Hz Musaya (a.s) yer göstərir.
Sonra tavandan asdığı zənbili aşağı endirir.
Onun içindən bir körpə çıxarıb altını-üstünü təmizləyir,yedirib-içirir və sonra yenidən zənbildəki körpə cılız səsi ilə qəssaba nəsə deyir,qəssab isə cavabında "amin" deyir, lakin Hz. Musa (a.s) deyilənləri eşitmir.
Qəssabın hərəkətləri peyğəmbəri heyrətə gətirir.
Hz. Musanın (a.s) israrlı suallarına qəssab cavab verir: "Bu mənim anamdır. Yaşı 100-ü keçdiyinə görə körpə uşaq kimi balacalaşıb.
Ona qulluq edəcək kimsəm olmadığına görə,it-pişik ona zərər verməməsi üçün tavandan asıram".
Hz. Musanı (a.s) maraqlandıran başqa bir sual sa vardı : "Bəs ,sən ananı yuxarı qaldıranda,o sənə nə dedi?"
Qəssabın cavabı belə oldu: "Yazıq anam" Allah səndən razı olsun.Səni cənnətdə Hz. Musa ilə qonşu etsin" deyə dua edir.Mən hara,cənnətdə Hz. Musaya qonşu olmaq hara?"....


(səs: 5)
Şərhlər: 1
Baxılıb: 9 442
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri