Möhür əvəzinə təsbehin üzərinə səcdə etmək olarmı?

Müəllif: Ayşə_gül
Şərhlər: 13
Baxılıb: 5 178
Səs ver:
(səs: 1)
Hər təsbehin üzərinə səcdə etmək olmaz. Plastmass, sümük, muncuq təsbehlərin üzərinə səcdə edilməz. Amma müqəddəs yerlərin torpağından hazırlanmış təsehlərin üzərinə səcdə etmək icazəlidir.
Daha çox Kərbəla torpağından "türbət təsbeh” adlı təsbehlər hazırlayırlar. Kərbəla torpağının üzərinə səcdə etmək xüsusi üstünlüyə malik olduğu üçün, türbət təsbehin üzərinə səcdə etmək də fəzilətlidir. Amma nəzərə almaq lazımdır ki, gərək səcdə zamanı alın təsbeh dənələrinin üzərinə tam otursun, dənələrin arasında boş yer çox qalmasın.
Alına dəyən təsbeh dənələrinin ümumi sahəsi ən azı baş barmağın dırnağı (və ya şəhadət barmağının bir bükümü) qədər olmalıdır; bundan az olsa, səcdə düzgün sayılmaz.
(səs: 1)
Şərhlər: 13
Baxılıb: 5 178
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri