Qeybət savabları poza bilər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 3 417
Səs ver:
(səs: 3)
"...(Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın!

Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!”
(Hücərat, 12).
Ayədən göründüyü kimi, Allah-təala qeybətin nə qədər pis bir əməl olduğunu göstərmək üçün onu hər kəsin nifrət etdiyi və iyrəndiyi bir işlə müqayisə edir. Təsəvvür edin ki, bir insan üçün başqa bir insanın ətini yemək necə dəhşətli və eyni zamanda iyrəncdirsə, onun qeybətini danışmaq da o qədər iyrənc və dəhşətli görünməlidir.

Qeybətin bu qədər qınanmasının səbəbi nədir? Bunun cavabları müxtəlifdir. Qeybətin mənəvi və ictimai fəsadları çoxşaxəlidi

1. Əvvəla, qeybətə aludəlik insanda bəzi başqa qorxulu mənəvi mərəzlərin yaranmasına səbəb olur.
Məsələn, qeybət edən adam adətən paxıl, xain, sözgəzdirən olur. Əslində bu xüsusuiyyətlər onu qeybətə təhrik edən səbəblər kimi də qəbul edilə bilər. Qeybət edən şəxs insanlarda müsbət cəhətləri görə bilmir. Bir fərd kimi o özü də bədbəxtdir. Çünki ərtafdakı yaxşılıqları və gözəllikləri duymağa qadir deyil, bundan zövq ala bilmir. Başqalarının xoşbəxtliyi onu həmişə narahat edir. Qeybətcil insan adətən qorxaq təbiətlidir. Çünki qeybətini etdiyi adam haqqında fikirlərini ona açıq sözləməkdən çəkinir. Əslində belə insan çox təhlükəlidir və ondan dildə olduğu kimi, əməldə də xəyanət gözləmək mümkündür.

2. Qeybət cəmiyyətdə insanların bir-birinə olan inamını qırır, cəmiyyətin bünövrəsini sarsıdır. Məlum olduğu kimi, insanlararası münasibətlərdə qarşılıqlı etimad və etibar çox mühümdür. Təsəvvür edin ki, əgər insanlar bir-birinə həmişə inamsız yanaşsalar, yaşamaq necə çətinləşər. Bütün sosial, iqtisadi, mənəvi, siyasi, hətta ailədaxili münasibətlər etimad üzərində qurulur. Əgər bir insan başqasının üçüncü bir şəxsdən qeybət etdiyini eşidərsə, qeybət edən adama inamı itər. Çünki düşünər ki, bu adam o birinin qeybətini necə edirsə, eynilə onun da qeybətini başqasının yanında danışa bilər.

3. Qeybətin bir mənfi cəhəti də insanı rüsvay etməsidir. Bir çox hallarda qeybətin üstü açılır. Qeybəti danışılan adam bundan xəbər tutur. Bu zaman qeybət edən adam xəcalətdən onun üzünə baxa bilmir, özünü təmizə çıxarmaq üçün bir bəhanəsi də qalmır.

4. Qeybətin daha bir ziyanı – sair günahlar kimi insanın savablarını aradan aparmasıdır. Məlumdur ki, bəzi xeyir əməllər müəyyən günahları silməyə qadir olduğu kimi, bəzi günahlar da bir qism savabları silə bilər. İnsanlar bəzən etdikləri yaxşılıqlara arxayın olurlar. Nəzərdən qaçırırlar ki, hər nə qədər savab qazansalar belə, əsas məsələ bu savabları itirməmək və qoruyub saxlamaqdır. Qurani-kərim insanların nə qədər savab qazanmasını deyil, qiyamətə nə qədər savabla gələcəyini ön plana çəkir (Nəml, 89; Qəsəs, 83). Yəni mühüm olan məsələ bu savabları qiyamətə kimi gətirib çatdırmaqdır. Qeybət elə təhlükəli günahlardandır ki, onun sayəsində bəzi savablar pozula bilər. Həzrət Mühəmməd Peyğəmbər (s) bunu nəzərdə tutaraq buyurub: "Qiyamətdə bəndələrdən biri Allahın qarşısında hesab üçün durar, əməl dəftəri ona təhvil veriləndə orada öz savablarını görməz və deyər: "İlahi, bu mənin əməl dəftərim deyil. Mən burada öz itaətimi (yəni itaətimə görə aldığım savabı) görmürəm”. Ona cavab verilər: "Allah nə bir kəsi azdırar, nə də savabını əskildər. Sənin yaxşı işlərin danışdığın qeybətlər üzündən pozuldu”. Əksinə, başqa bir bəndə öz əməl dəftərində çoxlu yaxşı əməl görüb deyər: "İlahi, bu mənim əməl dəftərim deyil. Çünki mən bu qədər savab etməmişəm”. Ona deyilər: "Filankəs sənin qeybətini danışdığı üçün onun savabı sənə yazıldı” (Biharül-ənvar, 75-ci cild, səh. 259).
(səs: 3)
Şərhlər: 11
Baxılıb: 3 417
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri