Dostluq necə olmalıdır? Dostu necə tanımaq?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 628
Səs ver:
(səs: 2)
İmam Baqir (ə) buyurur: "Bir nəfər Bəsrədə İmam Əlinin (ə) xidmətində ayağa qalxdı və dedi: "Ya Əmirəl-möminin (ə)! Bizə dini qardaşlarımızdan xəbər ver". Həzrət (ə) buyurdu:"Qardaşlar iki dəstədir: etimad ediləsi qardaşlar və gülərüz qardaşlar. Etimad etdiyin qardaşların - pənah yerin, mal və ailənin qanadlarıdır. Nə zaman qardaşına etimad əldə etdin, mal və canını onun ixtiyarına qoy. Onun səmimi dostları ilə səmimi ol. Düşmənləri ilə düşmən ol. Sirrini və eybini gizlət. Yaxşılıqlarını aşkar et və bil ki, bu cür dostlar nadir olur.

Ancaq gülərüz dostlar o kəslərdir ki, onların yanında xoş və şadsan. Onlarla dostluğunu kəsmə, bundan artığını da onlardan gözləmə. Onlarla xoş üzlə və şirin dillə rəftar et, necə ki, onlar səninlə rəftar edirlər".

İmam Sadiq (ə) İmam Əlidən (ə) nəql edir ki, buyurub: "Sənin üçün qorxu yoxdur, əgər ağıllı biri ilə oturub-dursan, baxmayaraq ki, onun alicənablığını bəyənməsən də, onun ağlından bəhrələn. Pis əxlaqından çəkin. Heç bir zaman kərim insanlarla oturub-durmaq fürsətini əldən vermə. Baxmayaraq ki, onun ağlından faydalanmasan da. Bəlkə öz ağlınla onun alicənablığından faydalan. Nə qədər bacarırsan, alçaq və ağılsız insanla oturub-durmaqdan çəkin".

Başqa bir hədisdə İmam Sadiq (ə) buyurur:"Dostluq ancaq həddini qorumaqla olar. Ona görə də o kəsdə bu şərait və ya onun bir parçası olarsa, onu özünə dost bil. O kəsdə ki, bu şəraitlərin heç biri olmazsa, onu öz dostun bilmə. Birinci şərt budur ki, gizlisi və aşkarı sənin üçün eyni olsun. İkincisi isə sənin zinətini öz zinəti bilər. Sənin çirkinliyini öz çirkinliyi bilər. Üçüncüsü budur ki, sənə qarşı olan halını dəyişməz. Dördüncüsü budur ki, gücü çatan qədər səndən heç nəyi əsirgəməsin. Beşinci şərt bu dörd şərti özündə cəm edir və başına xoşagəlməz hadisə gələn zaman səni buraxmaz".

İmam Sadiq (ə) buyurur: "Üç şey vardır ki, həmişə nadir tapılar: Allah yolunda olan qardaşlıq, saleh və mehriban həyat yoldaşı ki, ərinə dinində yardım edər, aqil övlad. Hər kimin bu üç şeydən biri olarsa, dünya və axirətin xeyirinə nail olar. Dünyadan çoxlu nəsibi olar".
Tamah və ya qorxu üzündən, yemək və içmək üçün səninlə dostluq edən qardaşından çəkin. Çalış ki, qardaşın həqiqi salehlərdən olsun. Baxmayaraq ki, onu axtarmaq üçün yerin qaranlıqlarında gəzəsən. Ömrünü onu axtarmaqda sona versən belə. Allah Təala peyğəmbərlərdən (ə), vəsilərdən üstün saleh insanlar xəql etməmişdir. Allah Təala buyurur: "Mehriban dostlar qiyamət günü bir-birinin düşməni olarlar. O kəslərdən savayı ki, saleh olarlar"
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 4 628
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri