İntihar etmənin cəzası

Müəllif: Ayşə_gül
Şərhlər: 9
Baxılıb: 3 418
Səs ver:
(səs: 1)
Dünya Səhiyyə Təşkilatının son illər apardığı tədqiqatların nəticəsi əsasında hazırladığı məlumata görə, dünyada hər il təxminən 1 milyon insan intihar edir.

2020-ci ildə intiharların sayının 500 minə qədər artacağı proqnozlaşdırılır.

Mütəxəssislər intihar hadisələrinin çoxalmasını adətən iqtisadi vəziyyətlə bağlayırlar. Təhlillər göstərir ki, xüsusi ilə böyük miqdarda borcu olanlar, ailəsini dolandıra bilməyənlər intihara əl atırlar.

Bəs İslamda intihara münasibət necədir? İntihar edəni axirətdə hansı cəza gözləyir. Bu yazıda bu və digər sualları cavablandırmağa çalışacağıq.

Bildiyimiz kii, dinimizə görə, hər hansı bir insanı öldürmək böyük günahdır və bir insanı haqsız yerə öldürən kimsə bütün insanları öldürmüş kimidir (Maidə, 32). Çünki insan dəyərli bir varlıqdır. Bu varlığın canını, malını və namusunu İslam öz mühafizəsi altına almışdır və bu üç şeyə toxunmağı qadağan etmişdir. Qurani-Kərimdə Rəhman olan Allahın qullarının xüsusiyyətləri sadalanarkən "Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz, zina etməzlər. Hər kəs bunu etsə, cəzasını çəkər. Qiyamət günü onun əzabı qat-qat olar və (o, əzab) içində zəlil olub əbədi qalar" (Furqan, 68, 69) deyilir.

Başqa bir ayədə isə belə buyurulur: "Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, onun üçün böyük əzab hazırlar!" (Nisa, 93).

O ki qaldı intihara, insanın özünü öldürməsi başqasını öldürməsindən daha dəhşətli və daha böyük günahdır. Çünki insanın canı ona əmanətdir. Heç kim öz canının sahibi deyil. Heç kim öz üzərində söz sahibi deyil. Bütün səmavi dinlərin günümüzə qədər daşıdıqları ortaq xüsusiyyətlərdən biri "nəfsi (canı) qorumaqdır". Bu, insan övladına yüklənən ən önəmli məsuliyyətdir.

İmanı gülcü olan şəxs əsla intihara əl atmaz. Bir hədisdə belə deyilir: "İnsanların müsibət yönündən ən ağırına məruz qalanları peyğəmbərlər, sonra övliyalar, sonra da dərəcəsinə görə bunlara bənzəyənlərdir". Elə isə biz də onların göstərdiklıəri mətanəti, dözümü göstərməliyik.

Canlarına qəsd edənlər həyatlarına son verməklə bütün əziyyətlərdən qurtulacaqlarını düşünürlər. Halbuki onların daha ağır əzablara düçar olacaqlarını bu hədislərdən görmək olur: "Kim özünü bir şey ilə öldürsə, cəhənnəmdə eyni şey ilə əzab ediləcəkdir" (Buxari, Kitabu’l-İman hədis N:159 , Muslim Kitabu’l İman hədis N:160).

"Kim bir təpədən özünü aşağıya atıb özünü öldürsə, əbədiyyən cəhənnəmdə yuvarlanacaq. Kim zəhərli bir maddə içərək özünü öldürsə əbədiyyən zəhər içəcək. Kim özünü dəmir bir alətlə öldürsə cəhənnəmdə də o aləti durmadan qarnına sancacaqdır" (Buxari, Kitabu’d-Tıbbi hədis N:5333, Muslim, Kitabu`l İmam Hədis N:158, Əbu Davud Dıbb N:3374).
Ümumiyyətlə, Hz Peyğımbərimiz (s) intihar məsələsinə çox önəm vermiş, onun zamanında özünü bıçaqla öldürən birinin cənazə namazını qıldırmamışdır (Buxaridən başqa Kutub-i Sittənin beş imamı bu hədisi rəvayət etmişlər).

Nəinki intihar, hətta bilə-bilə cana əziyyət vermək, özünü təhlükəyə atmaq da dinimizdə qadağandır. Rəvayət olunduğuna görə səhabələrdən Amr ibn As Zatu`s-Səlasil səfərində ihtilam olur (boynuna qüsl gəlir), hava çox soyuq olduğu üçün su ola ola ölüm qorxusundan təyəmmümlə namaz qıldırır. Bu hadisəni Hz Peyğəmbərə xəbər verəndə Amrın bu hərəkətini bəyənir (Əbu Davud, Təharət, 124; Əhməd ibn Hənbəl, IV, 203).

İntihar əvvəlki ümmətlərdə də haram olmuşdur. Cundub ibn Abdullah Hz Peyğəmbərin (s) belə dediyini rəvayət etmişdir: "Sizdən əvvəlki ümmətlərdən birində yaralı bir adam var idi. Yarasının ağrısına dözə bilməyib bıçaq götürərək əlini kəsir. Ancaq qanı kəsə bilmədiyi üçün ölür. Allah-Təala onun haqqında belə buyurdu: "Qulum can haqqında mənim önümə keçdi, mən də ona cənnəti haram qıldım" (Buxari, Ənbiya, 50).

Hz Rəsulullah (s) Xeybər döyüşündə aldığı yaralara dözə bilməyib qılıncı ilə özünü öldürən səhabənin də cəhənnəmə gedəcəyini xəbər vermişdir (Buxari, Qədər, 5, Riqaq, 33, Məğazi, 38, Cihad, 77; Muslim, İman, 179; Kamil Miras, Təcrid-i Sarih, X, 266 268).

Gördüyümüz kimi, intihar qurtuluş yolu deyil, əksinə əbədi olan axirət həyatını bərbad etməkdir. Qurtuluşun yolu "sıratu-mustaqim" deyə ifadə edilən haqq yol ilə gedərək müsibətlərə səbirli və dözümlü olmaqdır. Hər çətinliyin arxasında bir asanlıq, hər məğlubiyyətin arxasında bir zəfər vardır.

Unutmayaq ki, bədən Uca Allahın insan övladına verdiyi ən böyük əmanətdir. Bu əmanəti ruh bədəndən insanın öz müdaxiləsi olmadan çıxmayana qədər qorumaq lazımdır. Buna görə də insanın mənəvi və fiziki sıxıntılara sona qədər səbir göstərməsi İslamın qayəsidir. Əks halda, intihar etməklə dünyəvi sıxıntı və problemlərini həll edəcəyini düşünən kimsə dərhal üzləşəcəyi qəbir və daha sonra axirət həyatında daha böyük sıxıntı və fəlakətlərlə qarşılaşacaq. Həyat ən pis şərtlər altında da gözəldir. Çünki ruh bədəndə qaldıqca Allahdan ümid kəsilməz. Qulun Allaha yönəlməsi və Ondan yardım istəməsi sıxıntı və problemlərin həllinin başlanğıc nöqtəsini təşkil edir. Çünki Onun hər şeyə gücü yetər. Çünki Ona arxalanan sonsuz güc qazanar.
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 3 418
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri