Dünya imtahanı

Müəllif: NoName
Şərhlər: 25
Baxılıb: 18683
Paylaş:
Səs ver:
(səs: 23)
Biz dünyada imtahan olunuruq
Böyük səy göstərərək əldə etdiyiniz eviniz, əşyalarınız, geyimləriniz, yediyiniz yeməklər, əlvan rəngləri ilə göz qamaşdıran çiçəklər, yamyaşıl ağaclar, bədəniniz, saçlarınız, dəriniz, qısası, hər şey zaman ərzində köhnəlməyə, xarab olmağa, yaşlanmağa məhkumdur. Heç bitməyəcəkmiş kimi görünən dünya həyatı çox qısa imtahan dövründən ibarətdir və bütün gözəlliklər zamanla məhv olur.

Hər insanın həyata keçirmək istədiyi arzusu var. Bəzən bunların zamanı çox yaxın, imkanları da arzusunun reallaşması üçün uyğundur. Bəzi insanların da böyük istəklə arzuladığı hadisələrin həyata keçməsi isə, Allah`ın izni ilə, çox çətin olur. Bu insanların əlindəki maddi-mənəvi imkanlar və şərait arzularının reallaşması üçün kifayət etmir. Məsələn, yaşlı bir insan nə qədər geriyə qayıdıb gənclik illərində yaşamağı arzulasa da, Allah`ın adətullahına uyğun olaraq, bu, dünya həyatında mümkün deyil. Bu vəziyyəti hər kəs bilir, ancaq yenə də imkanları istəklərinin reallaşması üçün çox uyğun olan insanlar da, olmayanlar da bəzən xəyallarının reallaşmasını çox istəyirlər. Bu da dünyadakı imtahanın bir sirridir.

Dünya həyatı bir göz qırpımı qədər qısa müddətdə bitir və insanların əldə etdiyi xoşbəxtlik hissi də sona çatır. Bu səbəbdən, insan bütün diqqətini təkcə istəklərinin reallaşıb-reallaşmadığına deyil, sonsuz axirət həyatını qazanacaq əxlaqda olub-olmadığına verməlidir. Çünki bir insanın bütün arzuları məhz istədiyi şəkildə reallaşsa da, xoşbəxtliyi bir neçə onillik davam edir. Sonda mütləq bu nemətlər əlindən çıxır və ölümlə birlikdə sahib olduğu hər şey geridə qalır. Arzu etdiyi bütün gözəllikləri axirətdə əldə etməyi hədəf seçən insan isə bu xoşbəxtlik hissini əbədiyyən duyacaq.

İnsan bir anlıq bu həqiqət üzərində düşünməli və müqayisə etməlidir. Öz-özünə qərar verməlidir. Sadəcə dünyadakı gözəllikləri əldə etmək üçün çalışmağın insana heç bir faydası olmayacağını görməlidir. Allah istəsə, insana dünyada da nemət verə bilər və bu, bir insan üçün böyük lütfdür. Ancaq insanın bunu məqsədə çevirərək rahatlığı, xoşbəxtliyi, sevinci üçün bunu bir növ şərt qoşması çox böyük qəflət və xətadır. İnsan arzuladığı bütün nemətləri Allah`dan dünyada və axirətdə lütf etməsini diləyər, ancaq Rəbbimizin ona verdikləri ilə də sevinər. Əsas odur ki, bu xoşbəxtliyi sadəcə səthi xoşbəxtlik kimi görməsin, əbədi həyatında Allah`ın bütün istədiklərini verəcəyini ümid edərək yaşasın. Unutmaq olmaz ki, möminlər həm dünya və həm də axirət nemətlərinin ən gözəlinə qovuşarlar:

Dünya həyatında da, axirətdə də onlara müjdə vardır… (Yunis surəsi, 64)

Ülviyyə Əlizadə

loading...
(səs: 23)
Şərhlər: 25
Baxılıb: 18683
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
baby baku
dinnən imtahanim olacaqsa canla basla ,basqa seylerden imtahan olarsa fikirlesme adini nyaz ve cix.
3 iyun 2016 21:30
25
sevdiyimsen menimsen canim sevdiyim
Offline
long347
salam cox gozeldi yazdiqlariniz
menimde bir hekayem var atasiz qizin feryadi adli

atasiz qizin feryadi

birliantam
10 may 2015 12:03
24
Offline
vipbetul
ne qeder gozel deyilib,bizim gelishimiz bir sinaqdir her saniyemize gore cavab veregeyik teki Rebbim gunahlarimizi baqisslasin ebedi heyatimizdaki yerimiz Cennet olsun insallah
28 mart 2015 23:03
23
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
vipbetul
teki imtahanlarimdan uzu aq cixa bilek
11 mart 2015 00:06
22
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Miss_Angel
insana qalan bu dunyadan yaxwiliq insanlliiq namaz oruc v s qalir ama cox insan bunu anlamir bawada salirsan yenede anlamir .ama orasida var ki pisler olmasa yaxwinin qedrin bilmerik
5 mart 2015 14:20
21
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
Offline
tek umidim sen
Meqaleye gore tesekkurler!
3 fevral 2015 16:57
20
Ne mutlu TÜRK'üm diyene!...
Offline
Сладкий Ангел
Allax sevdiyi qulunu cox imhitan edermis buna gorede uzulmeyin demey ki Allax sizi ozlemis ve ona dua etmenizi istiyor 128
21 yanvar 2015 21:19
19
.Bir gülüşüm var Sizlərə ömür...
Offline
pozitiv
By dunya xosbextlik,sevinc icinde yasamaq her kese nesib olsun.Amin
15 yanvar 2015 06:32
18
Saxta insanlara konlunu versen,orjinal acilar yasayarsan...
Offline
Ay_El
Tesekkkurler cox saqolun
10 yanvar 2015 20:30
17
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
Offline
Mrs.A
Tesekkur
10 yanvar 2015 18:12
16
Acısı çox olan qizların guluşu gozel olur.!
Offline
Сладкий Ангел
maraqli meqaledi tewekkurer ama coxlari emel etmir
9 yanvar 2015 19:54
15
.Bir gülüşüm var Sizlərə ömür...
Offline
Anuka
Insan bu dunyasini duwunduyu kimi axiretinide duwunse ne yaxwi olardi.Fani dunyaya insanlar imtahan vermeye gelir ne yazig ki,biz insanlar unu qanmiriq.Bu dunyada var dovlet,gezmey,eylence,ve s.istyirik amma axiretimiz yaxwi olsun o dunyamiz verilsin deye nese edirikmi yox cun ki o dunyani duwunen hec yox derecesindedi.Bunu unutmamaliyiq ki,bir gun gelen bir gun geder ve axiretde emellerine gore cavab verecey Allah qarsisinda diyanmaga uzumuz ve savabimiz olmalidi.Ferq etmez kasib ya varli ol esas eqidesi temiz vicdanli heqiqi muselman ol.Allah ozu biz nadan bendelerini qoruyub dogru yola getirsin inwallah.
9 yanvar 2015 19:30
14
Ey insan, həddini bil. Unutma ki, bir hədd yoxdursa heç bir hədd yoxdur.
Offline
Wiyinka
maraqli meqaledi
9 yanvar 2015 18:12
13
Offline
emis
bezi yazilarla raziyam
9 yanvar 2015 15:38
12
Offline
Gulu-Qezi
bu dunyamiz ucun deyil axiretimiz ucun yawamaliyiq
9 yanvar 2015 10:42
11
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
Offline
Brilliantam
BELE SEYLER OXUYANDA YASAMAGIN MENASIZ OLDUGUNU BIR DAHA ANLAYIRAM.SONU OLMUYAN BIR SEYI NIYE YASAYIRIQ KI?BELI,BELI SONU OLMAYAN,CUNKI,OMRUN SONU YOXDUR.HER KES FERQLI YASLARDA DEYISIR DUNYASINI.BELE OLDUGU HALDA AGLIMA YALNIZ BIR FIKIR GELIR,YALNIZ YE, IC, KEF ELE,CUNKI,ONSUZ DA OLECEKSEN.ONA GORE DE,YE IC,EYLEN,GEZ DUNYANI,BIR SOZLE KEF ELE.AMA OVLADLARIN UCUN DE GEREK NESE EDESEN KI,ONLAR BOYUYENDE EZIYYET CEKIB,SENE NEHLET OXUMASINLAR.OVLADIVIN GELECEKDE YAXSI YASAMASI UCUN BIR SEYLER QAZAN,AL,QOY,SONRA OZ HEYATIVI YASA.YOXSA BEZILERI KIMI,OVLADLARI,NEVELERI,NETICELERI UCUN DE HER SEY QAZANIB ALIBLAR,HELE KOTUCE,VETICELERI UCUN DE CANLARI CIXA CIXA ISLEYIRLER,YIGIRLAR,TAMAHKARLIQ GOZLERINI KOR EDIB,GOZLERI DOYMUR DA,SOYUB,SAGIRLAR BU DUNYANI.DUNYASINI DEYISENDE DE OZUYLE GUNAHLARI VE KEFENINDEN BASQA HECNE APARMIR.YENE DE HEYAT DEVIZIM YADIMA DUSDU,DOGURDAN DA:BIR GUN OLMEK UCUN,HER GUN YASAYIRIRQ.
9 yanvar 2015 10:23
10
BIR GUN OLMEK UCUN,HER GUN YASAYIRIQ.
Offline
xeyalperest
Men bu dediyini xanim ozu tam anlamir cunki eger bunu yazirsizsa siz Allahin buyurdugu esaslara hec olmasa emel etmeli ve hicab baglamaliydiz ama umimilikde bu dogrudur raziyam
9 yanvar 2015 09:56
9
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Offline
Luna-90
Qisasi ruslar kimi yasiyaq ?bu gunumuz ucun?biz ele deyilik biz qarisqa kimi agir isler goruruk ovladlarimiz ucun onun geleceyi ucun.bizde bilirik 5 gunluk dunyadi her deq onu yadimiza salib dunyadan doymus insan kimi gunumuzu saymiyaciyiqki.biz xeyallar qurub onlarin reallasmagini gozluyuruk gundelik dualar edirik calisiriq 5gunluk dunyamizda bele yasayiriq.hecne elemiyekki bugun sabah oleciyik.
9 yanvar 2015 01:08
8
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Offline
sona
Dunyanin mali mulkude ber bezeyide butun dunyavi weyler ele bu dunyadada qalacaq. Sadece coxu bunu derk elemir.
9 yanvar 2015 00:47
7
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Offline
birdane
Sitat: fialka
Bu dünyanın gözəlliyinə aldanmaq olmaz bir göz qırpımında hər şey dəyişə bilər buna görədə insan gərək axirətini fikirləşə,dünya malına aldanıb axirəti unutmaya,əməli saleh ,imanlı bəndələrdən olaq inşallah
sizinle tamamile raziyam insallah
9 yanvar 2015 00:25
6
...heyat cox sade ve gozel ola bilerdi....
eger men her seyi bu qeder cox ureyime salmasaydim...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv