İslamda valideyn haqqı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 9 112
Səs ver:
(səs: 0)
Müqəddəs kitabımız "Qurani-Kərim"də və müqəddəslərimizin hədislərində valideynlərə hörmət və qayğı göstərməyin vacibliyi haqqında çoxlu tövsiyələrə rast gəlirik. Övladlar öz valideynləri ilə rəftar zamanı həmişə təvazökarlığa, mülayimliyə riayət etməli, Quran dili ilə desək, hətta onların könlünü qıra biləcək «uf» kəlməsini söyləməyi də özlərinə rəva görməməlidirlər ("İsra" surəsi, 23-24-cü ayələr).
Hədislərdə valideynə itaət və hörmət etmək ən böyük savablarla, valideynin üzünə ağ olmaq isə ən böyük günahlarla yanaşı xatırlanıb. Hətta hədislərin birində deyildiyi kimi, Allah-təala üç məsələdə insanlara əmr edib ki, günahkar insanlarla münasibətdə əməlisaleh mömin şəxslə davranırmış kimi rəftar etsinlər: Yanlarında bir kəsin əmanəti olsa, o adam istər yaxşı əməl sahibi olsun, istərsə də günahkar – onun əmanətini qoruyub qaytarsınlar. Bir kəsə söz verəndə o adamın əməlisaleh ya günahkar olmasına baxmayaraq, əhdlərinə vəfa etsinlər. Valideyn əməlisaleh də olsa, günahkar da olsa, onunla yaxşı davransınlar. (İmam Mühəmməd Baqir (ə).
 
1.Bir kişi Rəsulallahdan soruşdu: "Valideynin övlad üzərində haqqı nədən ibarətdir?”
Peyğəmbər buyurdu: "Onlar sənin cənnətin və cəhənnəmindir”

2. .Heç bir ata övladına övladına gözəl tərbiyədən qiymətli hədiyyə verə bilməz.

3. Allahın rizası ( razılığı ) valideynin razılığıdır. Allahın qəzəbi də valideynin qəzəbiylədir.

4.Ömrünün uzanmasını və ruzusunun artmasını istəyən hər kəs valideyninə hörmət etsin, qohumlarına hər zaman baş çəksin.

5. Ata ananıza hörmət edin ki, övladlarınız da sizə hörmət qoysunlar. Həyalı və namuslu olun ki,qadınlarınız da həyalı və namuslu olsunlar.

6. Bir nəfər Rəsullahın yanına gəlib soruşdu: Ya peyğəmbər, mən kimə daha çox yaxşılıq etməliyəm? Cavab verdi: "Anana” O adam soruşdu: "Sonra kimə” Peyğəmbər buyurdu: "Anana” Həmin adam yenə soruşdu: "Sonra kimə?” Peyğəmbər yenə "Anana”. – dedi. O adam bir də bir də: "Bəs sonra kimə” - soruşduqda, Rəsuli – Əkrəm buyurdu: "Sonra atana”
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 9 112
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri