Dua möminin silahıdır (2. hissə)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 3 125
Səs ver:
(səs: 4)
Ya Rəbbi! Adları unudulmuş, torpaq altında çürümüş, nəsilləri kəsilmiş, yer üzündə onlara dua edəcək kimsələri qalmamış, dünyadan köçən müsəlmanların günahlarını bağışla, qəbr əzabını onlardan qaldır, qəbirlərini nurla doldur, axirətdə özümüzə istədiyimiz hər xeyri onlara da nəsib et, qorxduğumuz və sığındığımız hər şeydən onları da qoru.

Ya Rahimin! Xəstələrimizə şəfa, müsübətə düçar olanlarımıza səbr və təskinlik, zəiflərimizə güc, kasıblarımıza bol ruzi, cahillərimizə hidayət, qadınlarımıza islam təsəttürü, uşaqlarımıza imanı tərbiyə, borclulara əda, dərdlilər dərman və islamı yaşayıb yaşatmaq üçün iradə və səbr nəsib elə. Görünən-görünməz bəlalardan, gücçatmaz, taqətyetişməz, ağıla, xəyala gəlməz müsibətlərdən cümləmizi mühafizə et.

Ya Rəbbi! Quranı Kərimin nurlu yolundan bizləri ayırma, Onun əhkamını yaşayıb, tətbiq etməyi bizlərə asanlaşdır,Quranı Kərimi bizlərə lütfün və kərəminlə dünyada və qəbirdə yoldaş, qiyamət günündə şəfaətçi, cənnətə aparan bir bəldçi, atəşdən qoruyan bir pərdə və bütün yaxşılıqlara çatdıran bir dəlil və imam et.

Ya Rabbi! Bizləri Quranın hidayətiylə hidayət et. Quranın lütfü ilə dərəcələrimizi yüksəlt. Ey böyük lütf və ehsan sahibi! Quranın tilavətiylə günahlarımızı bağışla, oxuyarkən buraxdığımız səhvləri bağışla tam və mükəmməl oxumuş kimi qəbul elə Bizi Quranın zinətiylə zinətləndir. Quranın şərəfi ilə şərəfləndir.

Ya Rəbbi! İçimizdə illərlə sehrə, caduya mübtəla olmuş qardaş və bacılarımız var. Allahummə sehr və caduyla məşğul olanlara hidayət ver. Hidayətdən boyun qaçırdıqları təqdirdə onları məhvi pərişan elə. Birləşdirdiklərini ayır, ayırdıqlarını birləşdir, uzaqlaşdırdıqlarını yaxınlaşdır. Onların toplumunu darma dağın elə. Onları bir birinə müsallat elə, layiq olduqları cəzanı onlara ver. Ya rabbi onlar səni aciz qoya bilməzlər, öz güc və qüvvətini onlara göstər.

Ya Rəbbi! Sənin tam kəlimələrinlə yaratdıqlarının şərindən sənə sığınırıq. Quruda, suda, səmada olanların, oraya girib çıxanların, gecələri gizlənib gündüz ortaya çıxan, gündüzləri gizlənib gecə ortaya çıxanların şərindən və bütün cin və insanlardan olan şərlilərin şərindən bizləri qoru.

Ya Rəbbi! Hal-hazırda qapına gəldik, boynumuzu bükülü halda sənə yalvarırıq, əllərimizi sənə açmışıq, hüzurunda dayandıq, bütün pis əməlləri bir tərəfə qoyduq, bizləri hüzurundan boş geri çevirmə. Sənin əfvinə mərhəmətinə və lütfünə himayənə qorumana daha çox ehtiyac hiss etdiyimiz bu zamanda bizləri sənsiz buraxma, bizi bizdən al, amma bizi səndən alma.

Ya Rəbbi! Qəbul olunmayacaq dua ilə sənə əl qaldırmaqdan, faydasız elmdən, bir müsəlmana yaraşmayan acizliyindən, tənbəllikdən, xəsislikdən sənə sığınırıq, son nəfəsimizdə bizlərə kəlmeyi-şəhadəti tələffüz etməyi "Əşhədu ən lə iləhə illəllah və əşhədu ənnə Muhammədən abduhu və rasuluhu" kəlimələrini deməyi bizə nəsib elə.

Ya Rəbbi! Amin deyən, könüldən bu duada iştirak edən qardaşlarımızın sıxıntılarını uzaqlaşdır, çətinliklərini asanlaşdır, onları iki dünyada da əziz et, iki dünya səadəti nasib et.

Allahummə! Sən bizim Rəbbimizsən, Səndən başqa ibadətə və itaətə layiq heç kimsə yoxdur. Bizləri sən yaratdın və bizlər sənin qullarınıq, sənə verdiyimiz əhdi və vədi gücümüz çatan qədər yerinə yetirməyə çalışırıq. Sənin bizlərə olan nemətini və günahlarımızı sənin qarşında etiraf edirik. Bizləri bağışla. Günahları bağışlayan ancaq sənsən.

Allahummə sən Kərimsən, bağışlamağı sevənsən, sevdiyin şeyi səndən istəyirik, sevdiyin şeyi bizdən əsirgəmə, bizləri baışla. Günahları bağışlayan ancaq sənsən. Bizi Peyğəmbər s.a.v sünnəsindən bir an olsun belə ayırma. Və ən son duamız isə sənə aləmlərin rəbbi olan Allaha həmd səna etməkdir. O hər şeyə qadirdir.
(səs: 4)
Şərhlər: 11
Baxılıb: 3 125
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri