Həddinizi aşmaqdan çəkinin!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3 568
Səs ver:
(səs: 4)
Dində həddi aşmaq Allahın insanlar üçün qoyduğu hüdudları aşmağa deyilir. Uca Allah dində həddi aşmağı qadağan etmişdir. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: "Həddinizi aşmaqdan çəkinin! Şübhəsiz, sizdən öncəkiləri həlak edən dinlərində həddi aşmaları olmuşdur.”
Peyğəmbər demişdir: "Nəsranilər Məryəm oğlunu şişirtdikləri kimi siz də məni şişirtməyin, mən sadəcə Allahın qulu və elçisiyəm.” (Səhih əl-Buxari, 3445).
Yəni xaçpərəstlər İsa peyğəmbəri ilahiləşdirdikləri kimi, siz də məni həddindən ziyadə tərifləməyin. Mən Allahın quluyam, odur ki, məni, Rəbbimin məni vəsf etdiyi kimi vəsf edin – Allahın qulu və elçisi deyin.
Təəssüflər olsun ki, bir çox insanlar Peyğəmbər barəsində həddi aşırlar. Nəsranilər İsa peyğəmbəri şişirtdikləri kimi, bəzi müsəlmanlar da Muhəmməd peyğəmbəri şişirdərək ondan günahlarının bağışlanmasını, sıxıntılarının aradan qaldırılmasını, xəstəliklərinə şəfa verməsini və yalnız tək Allaha xas olan başqa bu kimi işləri diləyirlər. Bütün bunlar sözsüz ki, Allaha ibadətdə şərik qoşmaq və dində həddi aşmaq sayılır.
(səs: 4)
Şərhlər: 9
Baxılıb: 3 568
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri