Cənnətlə müjdələnən səhabə

Müəllif: ismayilova ulker
Şərhlər: 15
Baxılıb: 1679
Paylaş:
Səs ver:
(səs: 4)
Ənəs rəvayət edir ki, biz Peyğəm­bər ilə - ona və ailəsinə Allahın salavatı və salamı olsun - bir­gə oturmuşduq. O dedi: "İndi buraya Cənnət əhlin­dən olan bir kişi gələcək”. Bu vaxt ənsardan biri içəri daxil oldu. Onun saqqalından dəstəmazın suyu da­mırdı, sol əlində də ayaqqabılarını tutmuşdu. Ertəsi gün Pey­ğəm­bər bir daha o sözləri dedi və yenə də həmin kişi içəri daxil oldu. Səhəri gün Peyğəm­bər bir daha o sözləri dedi və yenə də həmin kişi içəri daxil oldu. Peyğəm­bər çıxıb getdikdən sonra, Abdullah ibn Amr ibnul-As həmin kişinin ardınca gedib ona çatdı və dedi: "Atamla aramızda inciklik olub və and içmişəm ki, üç gün onun yanına getməyəcəyəm. Əgər izn versəydin, vaxt tamam oluncaya qədər sənin yanında qalardım”. Kişi: "Buyur!”- deyə razılığını bildirdi.
Abdullah ibn Amr ibnul-As deyir ki, üç gecə onun evində qaldım və qeyri-adi bir şey görmədim. Ancaq onu gördüm ki, Sübh namazınadək yuxudan oyandıqca və ya yatağında oyana bu yana çevrildikcə Allahı yad edir və Onu uca tuturdu. Beləliklə üç gün keçdi və onun etdikləri məni qane etmədi.
Mən dedim: "Ey Allahın qulu! Atamla aramızda heç bir söz-söhbət, inciklik olmamışdı. Mən sadəcə Peyğəm­bərin sənin barəndə üç dəfə: "İndi bura Cənnət əhlindən olan bir kişi gələcək” dediyini eşitdim və hər dəfə də sənin içəri daxil olduğunu gördüm. Sonra qərara gəldim ki, bir müddət yanında qalıb etdiyin əməllərə nəzər salım və mən də onları edim. Amma sənin elə də əməl etdiyini görmədim. Bəs onda Peyğəm­bərin sənin haqqında belə deməsi nəyə görə idi?”
Kişi dedi: "Gördüklərin­dən başqa bir şey etmirəm”. Abdullah çıxıb get­mək istədikdə kişi ona dedi: "Gördüklərindən başqa bir şey etmirəm. Yalnız o istisnadır ki, mən heç bir müsəlmanı aldatmıram, Allahın xeyir nəsib etdiyi heç bir kimsəyə həsəd aparmıram!”
Abdullah dedi: "Səni o məqama çatdıran budur. Buna isə çatmaq asan iş de­yildir”. (Məcməuz-Zəvaid, 8/78).

loading...
(səs: 4)
Şərhlər: 15
Baxılıb: 1679
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
gozel hekayedi
11 mart 2015 01:55
15
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Aysel Tatli
allahim bizi duz yola yonelt gunahlarimi bagisla ya rebbim
19 fevral 2015 21:42
14
Offline
Tomris Müslümova
vay vay neler varmis neler maraqlidi
17 fevral 2015 17:49
13

Sən sadəcə mənimsən...!
Offline
ismayilova ulker
Heqiqetende insan gerek nefsine hakim olsun. Yalandan paxilliqdan uzaq olsun...
Xeberi hazirlayib redakte edib yayima qoyanlardan Allah razi olsun.
Sizede tesekkur edirem qizlar. Fikirleriniz ucun.
17 fevral 2015 11:27
12
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
Offline
lili)
ibretamiz hekayedi tesekkurler
17 fevral 2015 08:38
11
Offline
emis
Cox maraqli hekayədir
16 fevral 2015 20:34
10
Offline
AYKA-ISI
cox ibratemiz hekayedi beyendim ellerine sagliq
16 fevral 2015 19:48
9
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Offline
efsane..
cox ibretli hekayedi heqiqetende cetin isdi
16 fevral 2015 18:08
8
Offline
Qlamurr
Doğrudan da nəfsiylə mübarizə aparan,həsəddən,kindən,paxıllıqdan uzaq olan insanın Allah yanında məqamı yüksəkdi...inşallah bizdə belə bəndələrdən olaq..
16 fevral 2015 16:58
7
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
Turkan Abbasova
rebbim gunahlarimizi bagislasin.o dunyada yerimizi cennet etsin insallah
16 fevral 2015 16:51
6
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
Offline
leyla_258
cennet ve cehennem arasinda boyuk bir dag var...
16 fevral 2015 16:10
5
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Offline
Nergizz
hmm marali hekaye idi twkk
16 fevral 2015 11:54
4
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Offline
BARBI
Gozel ve ibretamiz hekayedi
16 fevral 2015 11:50
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
rəmsə
Allah razı olsun.Çox maraqlı hekayə idi.Gəlin biz də yalan danışmaqdan və kiməsə həsəd aparmaqdan çəkinək!!!
16 fevral 2015 11:35
2
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Offline
Fialka
İbrətamiz maraqlı hekayəidi Allah razı olsun
16 fevral 2015 11:23
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv