Xoş gördük, mənim adım GÜNAHdır

Müəllif: emis
Şərhlər: 11
Baxılıb: 2 178
Səs ver:
(səs: 7)
Əvvəllər adım çəkilincə tükləriniz bədəninizdə dimdik durardı, amma indi başınızın tacı etmisiz məni.

Xoş gördük, mənim adım GÜNAHdır
Əvvəllər adım çəkilincə tükləriniz bədəninizdə dimdik durardı, amma indi başınızın tacı etmisiz məni. Marksın dinə qoyduğu "opium" adı da məni aldada bilmədi. Hələ təhrif olunmuş dinləri demirəm. Onları çoxdan ayaqlarım altına almışam.

Əvvəllər mənə sahib olanlar başlarını qaldırmazdı, amma indi mənimlə qürur duyurlar. Rüşvətxoru rüşvətə, şərabxoru şəraba, zinakarı zinaya vərdiş etdirdim. Bir çoxlarının "şərəf və ləyaqətinə" belə çevrildim. Amma bu qədər yüksələcəyimi heç ağlıma belə gətirməzdim. Dünyanın bir tərəfində aclıq, quraqlıq, qarət, qətliam, bir tərəfdə eyş-işrət, israfçılıq, bir tərəfdə isə bütün bunların sona çatması üçün dualara uzanan əllər. Nə yaxşı ki, bu əllər elə göylərə ucalıb. Peyğəmbərin (s) cümə namazından sonra səfərbər olan müsəlmanlardan biri olsaydım, günümüzdə çətin ki, bir iş görə biləydim. Amma indi tam sərbəstəm. Mənə vərdiş edənlər nələrə vərdiş etmədilər, nələrə... İsmət və namusunu beş paraya satın alıb vətənini satarlar, var-dövlətə xatir qeyrətinə göz yumarlar, dünən başını açıb bu gün ətəyini qaldıranlar. Hamısı mənə vərdiş edənlərdir. Mən yox, onlar mənə vərdiş etdilər. Avropa, Amerika mədəniyyətindən "İlham" alanlar, özünü onlara bənzədib onların nifrətini qazananlar. Nə oldu sizin mədəni diçəlişiniz?! Soyunmaqla mədəni olmaq istədiniz? Elə isə paltarsız heyvanlar sizdən mədəni olmalıdır.
(səs: 7)
Şərhlər: 11
Baxılıb: 2 178
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri