Dinimiz asanlıq dinidir

Müəllif: Wiyinka
Şərhlər: 10
Baxılıb: 776
Paylaş:
Səs ver:
(səs: 5)
Allah istər ki, üzərinizdə olanı (ağırlığı) yüngülləşdirsin, çünki insan zəif yaradılmışdır.” (ən-Nisa, 4/28)

Uca dinimiz İslam bəşəriyyətə dünya və axirət səadətini təmin etmək üçün göndərilmişdir. Dinimizin ümumbəşəri yönlərindən biri də onun asanlıq dini olmasıdır. İnsanları gücləri ölçüsündə məsul tutan İslam onları çətinliyə, məşəqqət və nifrətə sövq etmək üçün göndərilməmişdir. Yuxarıdakı ayədə də qeyd olunduğu kimi, insan zəif yaradıldığı üçün yalnızca gücünün yetdiyi bir işin öhdəsindən gələ bilər. Bu baxımdan heç kim gücünün çatmadığı işləri yerinə yetirmədiyi üçün məsuliyyət daşımaz. İnsan yalnız ağlının və gücünün çatdığı qədər öhdəliklərini yerinə yetirməkdən məsuldur.

Bu kontekstdə kitabımız Qurani-Kərimdə belə buyurulur:

"Allah yolunda layiqincə cihad edin. O, sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı - atanız İbrahimin dini kimi. Allah bundan əvvəl də, bunda (Quranda) da sizə müsəlman adını verdi ki, Peyğəmbər sizə, siz də insanlara şahid olasınız. Elə isə namaz qılın, zəkat verin və Allaha sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir!” (əl-Həcc, 22/78)

Bu baxımdan Allahın əmr və qadağalarının məqsədi insanın işini çətinləşdirmək deyil, yaşayışını və həyatını asanlaşdırmaqdır. Belə ki, namazın şərtlərindən biri olan dəstəmazın əslində namaz ibadətini çətinləşdirmək mənasına gəlmədiyini Allah aşağıdakı ayədə belə bəyan edir:

"Allah sizi çətinliyə salmaq istəməz”(əl-Məidə, Sİ6)

Yəni necə ki, ibadətlər bizi maddi və mənəvi baxımdan həyata hazırlayır, eləcə də dəstəmaz vasitəsilə həm maddi nəcasətdən təmizlənərək həyat bizim üçün asanlaşdırılır, həm də mənəvi baxımdan daha güclü olmağımız arzu edilir.

Bu baxımdan dinimiz heç bir insanı taqətinin fövqündə, bacara bilməyəcəyi, çətinlik çəkəcəyi hansısa bir ibadətdən məsul tutmaz. Eyni zamanda bəzi ibadətlərdə zəiflik, xəstəlik, qocalıq və kasıblıq kimi hallarda rüxsət verilməsi də bu məqsədə xidmət edir. Elə isə İslamda ifratçılığın və çətinliyin yeri yoxdur. Başqa sözlə, ifrat və təfrit doğru deyildir.

Qurani-Kərimi bizə ən yaxşı izah edən və bütün mövzularda olduğu kimi asanlaşdırma mövzusunda da bizə nümunə olan Həzrət Peyğəmbər (s.ə.s.) də söz və davranışlarında həmişə bu prinsipə riayət etmişdir. O (s.ə.s.), hədislərinin birində belə buyurur: "Şübhəsiz ki, din asanlıqdır” (Nəsai, "İman”, 28). Başqa bir hədisində isə Peyğəmbərimiz (s.ə.s.) belə buyurmaqdadır: "Bu din asanlıq dinidir. Elə bir kimsə yoxdur ki, dini çətinləşdirsin və o, həmin şəxsi (aciz edərək) məğlub etməsin” (Buxari, "İman”, 29).

Belə məlum olur ki, Peyğəmbərimiz (s.ə.s.) həmişə işlərin asan olanını seçmiş və ümmətinə də bu şəkildə davranmağı tövsiyə etmişdir. Həmçinin hamımızın bildiyi qısa və ecazkar bir kəlamında isə Onun (s.ə.s.) "Asanlaşdırın, çətinləşdirməyin. Müjdələyin, nifrət etdirməyin” dediyini görürük. Bu səbəbdən insanın öhdəsindən gələ bilməyəcəyi şeylərə özünü məcbur etməsi doğru davranış deyil. Hətta insanın soruşmamalı olduğu bir şey haqqında soruşaraq bir mənada özünü bundan asılı vəziyyətə salması da bəyənilən davranış deyil.

loading...
(səs: 5)
Şərhlər: 10
Baxılıb: 776
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
gozel sozlerdi,beli Islam dini en mukemmel dindir cox shukurki biz dinimizi ktabimizi taniyiriq mes onlardi bizim Rebbim en gozel en asand yollari bizlere gorsedib onlari emel etmeyi bizden isdiyib bizse o qeder cahilik ki bunlari ede bile bilmirik duz yolu bile gore sece bilmirik,Rebbim komeyimiz olsun insallah
20 mart 2015 02:30
10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Nergizz
ALLAHA qurban olum,wukur onun dergahina,ALLAH yaratdgi bendesini hec vaxt darda qoymur,twk xebere gore
19 mart 2015 17:24
9
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Offline
Fialka
Rəbbim nə buyurubsa bizlər üçün xeyirlisini düşünüb buyurub və bizdə öz öhdəliklərimizi bilib layiqincə Allahın buyurduğu əməllərə riayət etməliyik.
19 mart 2015 15:05
8
Offline
Mrs.A
Allah razi olsun
19 mart 2015 14:51
7
Acısı çox olan qizların guluşu gozel olur.!
Offline
leyla_258
insallah her insan ALLAHa aid qul olaq,amin.
19 mart 2015 14:46
6
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Offline
Qlamurr
Əlhəmdulillah,Rəbbim müqəddəs kitabımızda nəyi haram edibsə bizim sağlamlığımız üçün nəyi də halal buyurubsa yenədə biz bəndələrinin xeyirini düşünüb,İslam dininin gözəlliyi də məhz bundadır.Heç bir məcburiyyət olmadan,dinimizi başa düşərək ona yaxınlaşmağımızı aşılayır.Doğrudan da rəbbim biz bəndələrini çətinə salmadan,daşıya biləcəyimiz,çəkə biləcəyimiz qədər yükləyir.Odur ki,hər zaman şükür etməliyik,çünki əlimizdə olan heç nə bizə aid deyil,biz yaratmamışıq,sadəcə Rəbbimin biz bəndələrinə lütfüdür,hədiyyəsidir.Bizim də borcumuz layiqincə ibadət etmək,dua etməkdir.İmanlı bir qul olmadır,onun istədiyi kimi düzgün,günahlardan,şeytandan uzaqlaşıb,ona sığınmağımızdır
19 mart 2015 13:11
5
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
Yusif Ulker
insalah ALLAHimza layiqli qul olaq amin

ALLAH hec zaman bizi darda qoymasin
19 mart 2015 12:38
4
Offline
Catwoman666
din ele bir movzudur ki deqiq bir wey deye bilmerik. cunki dediyimizin duz yoxsa sehv oldugunu dda ddeqiq bilmirim. amma Uca Yaradana her zaman siginmaliyiq. en cetin vaxtlarda ondan komek istemeliyik.tek en cetin vaxtda yox her zaman her deqiqe her an ona sukr etmeliyik. sukr edek ki bize saglam orqan verib. bele yawayis verib ve s. ona dua edende ne qeder rahatladigimizi menevi cehetden ne qeder dinclik tapdigimizi gorerik. cubki biz Ona dua ederken weytan bizim qelbimizi terk etmeye mecbur olur. dualarimizin qarwisinda mehv olur bir aanliq. cunki bizim.dualarimizi weytandan da gucludur. cunki bu dualar Allaha edien duadir. semimi qelbden temiz qelbden edilen duadir..
19 mart 2015 12:35
3
Viking
Offline
angel H-va
Allah hamimizin komeyi olsun.Inwallah Rebbibemize layiqli bende,qul olariq
19 mart 2015 11:18
2
Offline
BARBI
Rebbim her zaman cox sevdiyi qullarini cetinliye salarki onlari sinamaq ucun esas odurki hec vaxt sikayet etmeyesen sebr edesen.
19 mart 2015 11:03
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv