Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...
Hədis 301: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Allahı daha yaxşı tanıyan Ondan daha çox qorxar.”
Hədis 302: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Ən yaxşı əməl Allaha görə dost və Allaha görə düşmən olmaqdır.”
Hədis 303: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Möminlər bağışlayan və mülayimdirlər.”
Hədis 304: Həzrət Həsən (ə) buyurur: "Bir-biri ilə məşvərət edən xalq kamala yetişər.”
Hədis 305: İmam Həsən (ə) buyurur: "Sənə o kəs yaxındır ki, dostluq yolu ilə yaxın olsun, qohum olmasa da belə.”
Hədis 306: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Gizli dua aşkar duadan yetmiş dəfə tə`sirlidir.”
Hədis 307: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Vacib namazı vaxtı keçdikdən sonra qılan şəxs qiyamət günü mənim şəfaətimə nail olmaz.”
Hədis 308: Həzrət Əli (ə) buyurur: "Diri şəxsin ölüyə qovuşmağı nə qədər də yaxındır.”
Hədis 309: Həzrət Əli (ə) buyurur: "Dünyada əldə etdiklərin üçün o qədər də sevinmə.”
Hədis 310: Həzrət Əli (ə) buyurur: "Dünyada əlindən çıxanlara görə o qədər də qəm yemə.”
Hədis 311: Həzrət Əli (ə) buyurur: "Yediklərin aradan gedər, yedirtdiklərin isə qalar.”
Hədis 312: Həzrət Əli (ə) buyurur: "Hər nəfəs ölümə doğru atılan bir addımdır.”
Hədis 313: Həzrət Əli (ə) buyurur: "Sənə ən yaxın olan düşmən öz nəfsindir.”
Hədis 314: Həzrət Əli (ə) buyurur: "Yəqin üzündən olan yuxu şəkklə qılınan namazdan yaxşıdır.”
Hədis 315: Həzrət Əli (ə) buyurur: "Camaat içində birinə nəsihət vermək danlaqdır, nəsihət deyil.”
Hədis 316: Həzrət Əli (ə) buyurur: "Bəsirət kor olanda gözün görməyi faydasızdır.”
Hədis 317: Həzrət Əli (ə) buyurur: "Tam bilmədiyin şeyi danışma.”
Hədis 318: Həzrət Əli (ə) buyurur: "Sınaqdan çıxarmamış dosta e`timad etmə.”
Hədis 319: Həzrət Əli (ə) buyurur: "Bir şəxsdən bilmədiyi bir şey barəsində soruşulsa, "bilmirəm” deməyə əsla utanmamalıdır.”
Hədis 320: Həzrət Əli (ə) buyurur: "Əsla, Qur`andan başqa yerdə şəfa axtarmayasınız, çünki Qur`an bütün dərdlərin şəfasıdır.”