Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...
Hədis 321: Həzrət Əli (ə) buyurur: "Düşünmək kimi ibadət yoxdur.”
Hədis 322: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Hər eşitdiyini danışmağın sənin yalançılığının sübutu üçün bəsdir.”
Hədis 323: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Gizli sədəqə Pərvərdigarın qəzəbini söndürər.”
Hədis 324: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Dilini saxlayan kəsin eyblərini Allah örtər.”
Hədis 325: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Xalqın haqqını itirməyənlər Allaha ən çox şükür edənlərdir.”
Hədis 326: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Harada olursansa ol, Allahdan qorx.”
Hədis 327: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Mö`min az xərcli və qanedir.”
Hədis 328: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Mö`minin şərəfi gecə oyaq qalmaq, izzəti isə xalqdan ehtiyacsızlıqdır.”
Hədis 329: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Mö`min bir dəlikdən iki dəfə sancılmaz (səhvini təkrar etməz).”
Hədis 330: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Allah yanında ən yaxşı tövbə günahdan uzaqlaşmaq və peşmançılıqdır.”
Hədis 331: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Qəlbiniz yumşalanda duanı qənimət bilin, çünki qəlbin riqqətliliyi rəhmətdir.”
Hədis 332: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Az ne`mətə şükür etməyən, çoxa da şükür etməz.”
Hədis 333: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Allah-Təala dua da israrlı olanı sevir.”
Hədis 334: Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Gülən halda günah edən şəxs ağlayan halda cəhənnəm oduna daxil olar.”
Hədis 335: Həzrət Əli (ə) buyurur: "Nadanlıq kimi yoxsulluq yoxdur.”
Hədis 336: Həzrət Əli (ə) buyurur: "Elm kimi şərəf yoxdur.”
Hədis 337: Həzrət Əli (ə) buyurur: "Çox mülayim olan kəs peşman olmaz.”
Hədis 338: Həzrət Əli (ə) buyurur: "Gözəl xasiyyət kimi yoldaş yoxdur.”
Hədis 339: Həzrət Əli (ə) buyurur: "Əmmarə (pisliyə çağıran) nəfs ilə cihad kimi cihad yoxdur.”
Hədis 340: Həzrət Əli (ə) buyurur: "Vacib göstərişləri yerinə yetirmək kimi ibadət yoxdur.”