Qeybi bilmək yalnız Allaha məxsusdur

Müəllif: Wiyinka
Şərhlər: 9
Baxılıb: 811
Paylaş:
Səs ver:
(səs: 3)
"Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!” (əl-Ənam, 6/59)

Qeyb - ağıl və hiss yolu ilə haqqında bilik əldə etmək mümkün olmayan varlıq sahəsi deməkdir. Müqəddəs Kitabımızda altmış yerdə işlənən bu kəlmə Allaha (c.c.) nisbət edilən yerlərdə yalnız Allahın bildiyi mütləq qeybi bildirir. Bununla yanaşı, Qurani-Kərimdə Rəbbimizin bəzi bəndələrinə qeyb haqqında məlumat verdiyi də bildirilir. Məsələn, Həzrəti İbrahimə (ə.s.) göylərin və yerin səltənəti göstərilmiş (əl-Ənam, 6/75), Həzrəti Yusifə (ə.s.) də röyaları yozmaq elmi və qövmünün yeyəcəyi yeməkləri əvvəlcədən bilmə qabiliyyəti verilmişdir (Yusif, 12/21, 37). Buna görə qeybi ikiyə ayırmaq mümkündür: biri yalnız Allahın bildiyi mütləq qeyb, digəri isə Onun bildirməsi ilə insanların da bilə biləcəyi izafi (nisbi) qeyb. Qiyamətin nə vaxt qopacağı mütləq qeyb nümunələrindəndir. Bunu Allahdan başqa heç kim, ya təbii yoldan və yaxud bir vasitə ilə də olsa, heç cür bilə bilməz. Yağışın nə zaman yağacağı, rəhmdə uşağın varlığı və cinsi isə nisbi qeybin nümunələrindəndir. Bu biliklər təbii vasitələrə görə qeyb biliyidir, meteorologiya və tibbi vasitələrə görə insanların əldə edə biləcəyi biliklərdir. Bu qeyb növünü (nisbi qeybi) vasitələrlə bilmək mümkündür, lakin bunu bilməklə insanlar qeybi bilmiş sayılmırlar. Çünki həmin vasitə icad edildiyi andan etibarən onunla əlaqəli bilik "qeyb biliyi” olmaq qüvvəsini itirir.

Sevgili Peyğəmbərimiz (s.ə.s.) də Allahın (c.c.) ona öyrətdiklərindən başqa, qeyb haqqında bilik sahibi deyil. Loğman surəsinin 34-cü ayəsində Allahın elm və qüdrətinin sonsuzluğunu xülasə edən və ilahi bilik ilə insan biliyi arasındakı böyük fərqi göstərən ifadələr yer almaqdadır:

"Həqiqətən, o saatı (qiyamətin qopacağı vaxtı) ancaq Allah bilir. Yağışı göydən O yağdırır, bətnlərdə olanı O bilir. Heç kəs səhər nə kəsb edəcəyini, heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır!”

Klassik təfsir kitablarında bu ayəyə istinad edərək qiyamətin nə vaxt qopacağını, yağışın nə vaxt yağacağını, ana bətnindəki uşağın cinsinin və dərisinin rənginin nə olduğunu, insanın gələcəkdə nələr əldə edəcəyini, gələcəkdə hansı hallarla qarşılaşacağını və na vaxt, harada öləcəyini Allahdan başqasının bilməyəcəyi irəli sürülüb, beləliklə, onlara "müğayyəbati-xəmsə (beş bilinməyən)” deyilmişdir. Halbuki ayədə qiyamətin nə zaman qopacağı elminin yalnız Allaha aid olduğu, beləliklə, heç kimin sabah nə əldə edəcəyi və harada öləcəyini bilə bilməyəcəyi, beləcə, bu biliklərin yalnız Allaha aid olduğu bildirilir. Lakin yağışın yağma vaxtı və ana bətnindəki uşaq haqqında "Bunları da, sadəcə, Allah bilir” kimi bir məhdudiyyətin olmadığı, yalnız yağışı Allahın yağdırdığı, beləliklə, zamanını da, Onun ana bətnindəkiləri də bildiyi ifadə edilir. Bu da klassik müfəssirlərin əksinə, bildirilən iki mövzuda insanların əvvəlcədən bilik sahibi ola biləcəklərini göstərir. Belə ki müasir dövrdə elm bu səviyyəyə gəlmişdir. Lakin şübhə yoxdur ki, bu, insanın bildirilən mövzularda və yaxud buna bənzər mövzularda əvvəlcədən bildiklərinin mütləq mənada eynisinin baş verəcəyi mənasında deyil, çünki keçmişdə və gələcəkdə baş vermiş təbiət hadisələrini bütün cəhətləri ilə qüsursuz şəkildə bilən Uca Allah insanların biliklərini və təxminlərini yerlə yeksan edən yeni hadisələr yarada bilər və beləliklə, insanların gözlədikləri hadisələr baş verməyə bilər.

loading...
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 811
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
rəmsə
Heqiqetende qiyametin qopacagi vaxti yalniz Allah bilir.biz ise calismaliyiq hemin vaxta kimi yaxsi emeller sahibi olaq...
21 mart 2015 18:54
9
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Offline
vipbetul
heer sey Allahin elindedir,bizim doqulduqumuz gunden evvelki gunden bashlayaraq son saniyemize qeder her seyi bilende yazanda Yuce Rebbimdir,teki bizim isdediklerimizi Rebbim bizim heyatimizda xeyirli ederek bize bexs etsin Amin insallah
21 mart 2015 14:39
8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Fialka
Gözlə görünən hər bir şeyi Allah yaradıb və qeybi ondan başqa heç kəs bilə bilməz.
21 mart 2015 14:20
7
Offline
ulduz
Sitat: my_angel
Allahh her şeye qadirdir ve yenilmezdir.Hemd olsun

PROFILDEKI NE GOZELDI AY CAN BOBUS

ALLAHA CANIMIZ QURBAN.O NE EDIRSE DOGRU EDIR
21 mart 2015 13:48
6
Qadının ən böyük vəzifəsi analıqdır :50:
Offline
efsane..
Allahin elmi cox boyukdu bizler sadece Allahin istediyi qederinde bilirik
21 mart 2015 13:04
5
Offline
my_angel
Allahh her şeye qadirdir ve yenilmezdir.Hemd olsun
21 mart 2015 12:19
4
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Offline
Catwoman666
Mene maraqlidir bu qeybolmalar. Allah yalniz qey olanlari bilir. Bunu biz hec vaxt oyrene bilmerik. Ele ona gore de qeyb meseleleri bize maraqli gelir.
21 mart 2015 11:46
3
Viking
Online
BARBI
Bizi yaradan allahdir o her seyi bilir ve gorur.
21 mart 2015 11:34
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Nezka
Uca ALLAH hər şeyə qadirdir
21 mart 2015 11:18
1
İçimi görsən mənə aptek alarsan.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv