İslamda intim həyata münasibət necədi?

Müəllif: Wiyinka
Şərhlər: 11
Baxılıb: 4 141
Səs ver:
(səs: 3)
Müasir dövrümüzdə müsəlman ailələrində boşanmaların sayı getdikcə artmaqdadır. Bunun müxtəlif ictimai, iqtisadi və digər səbəbləri var.

Bu səbəblərdən biri ər-arvad arasında olan intim münasibətdən qaynaqlanır. Xüsusilə insanın intim həyatı onun şəxsiyyət kimi formalaşmasında (və ya formalaşmamasında) mühüm yer tutur. Cinsi münasibətdən asılılıq, öz təhlükəli fantaziyalarına tabe olmaq və yeni hisslər yaşamaq həvəsi insanı bir çox hallarda fiziki və mənəvi olaraq uçuruma yuvarlayır. Bəs İslam dini bununla bağlı nə deyir?

İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov analitik.az-a deyir ki, dinimizə görə cütlüklərin evlənmələrinin ən başda gələn səbəblərindən biri də intim münasibətin öz aralarında halal çərçivədə yerinə yetirmələridir. Bəzi hallarda bu vacib dini məsələyə cütlüklər səhlənkar yanaşır, bir-birlərinin haqlarını ödəmirlər. Bu gün belə problemlər hər iki tərəfdən, həm kişidən, həm də qadından qaynaqlanır:

"Belə ki, çox hallarda kişilər özlərinə müsəlman desələr də, haram işlərin aludəçiləri olurlar. Haram qəbul olunan siqaret çəkir, spirtli içkilər içir, ailədə münaqişənin yaranmasına səbəb olurlar. Daha sonra öz həyat yoldaşlarını yanlarına çağırdıqda onların itaətsizliyini anlaya bilmirlər. Ümumiyyətlə, rəvayətlərdən gəlib ki, səhabələr günahları, haramları etməkdən o qədər çəkinərdilər ki, heyvanları belə onlara qarşı itaətsizlik etdikdə, bunların səbəbini özlərində axtarıb tapardılar.

Hətta Peyğəmbəri görüb, ona iman edənlər ondan öyrənmişdilər ki, ailə camaatının sənə itaət etməməsinin səbəbkarı məhz sən özünsən. Çünki əvvəlki dövrün Peyğəmbər davamçılarından birinin dəvəsi, atı, uzunqulağı onun sözündən çıxanda günahlarına görə Allaha tövbə edər, Allahdan bağışlanmasını istəyərdi.”

Ə. Həsənovun sözlərinə göprə, bu gün ailədə baş verən anlaşılmazlıqların çoxunun səbəbkarı günahlardan çəkinməməkdir. Allah təala həm Qurani-Kərimdə evlənməyi əmr etmiş, həm də göndərdiyi elçisinin dili ilə bunun qaydalarını və şərhlərini bizə çatdırır. Bu şərtlər içərisində qadına düşən vəzifə öz həyat yoldaşına qarşı təmənnasız itaət etməsidir:

"Belə ki, bir hədisdə Allah Rəsulu buyurmuşdur ki, əgər Allahdan başqa nəyəsə səcdə olunmaqla əmr olunsaydıq, mən əmr edərdim ki, qadınlar öz ərlərinə səcdə etsinlər. Ancaq Allahdan başqa kiməsə, nəyəsə səcdə olunmaqla müsəlmanlar əmr olunmayıblar. Bu, qadınların öz ərlərinə itaətin necə vacib olmasının göstəricisidir.

İlahiyyatçı bildirdi ki, insanın həyat yoldaşı onu tamamlamalıdır. Yəni hər iki tərəf bu tamamlama işində problem çıxarmamalıdır. Xüsusi ilə qadınlar bu məsələdə diqqətli olmalıdırlar, kişilər isə qadınlarının itaətsizliyindən qorxaraq etdikləri səhvləri düzəltməlidirlər:
"Müsəlmanlar üçün ən gözəl örnək Allahın peyğəmbəridir. O, həmişə ev işlərində də öz xanımlarına hörmət edər, onların hər birinin haqqını tam verərdi. Bizdə kişinin öz həyat yoldaşına köməklik etməsi normal qarşılanmır, amma İslam dini bunu savab iş adlandırır və bunun müqabilində Cənnətlə müjdələnməyi vəd edir. Bu səbəbdən ailədə hər məsələdə, xüsusi ilə cinsi münasibət zəminində hər iki tərəf halal şərtlər əsasında bir-birlərinin tələbatlarını ödəməyə borcludurlar.”
(səs: 3)
Şərhlər: 11
Baxılıb: 4 141
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri