Duaların qəbul olunduğu an! Həmin an Cümə Gününə aiddir!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 15 829
Səs ver:
(səs: 6)
Duaların qəbul olunduğu an!
Həmin an Cümə Gününə aiddir!

Cümə günü günlərin ən qiymətlisi, müsəlmanların bayaramıdır. Digər bayram günlərindən daha qiymətlidir.

Adəm əleyhisəlam, cümə günü dünyaya gəldi, cümə günü Cənnətdən çıxarıldı..

Cənnətdəkilər Allah-təalanı cümə günləri görəcəklərdir. Allah-təala Cümə gününü müsəlmanlara məxsus edib. Cümə namazından sonra istəyən işinə gedər, çalışar. Cümə namazı vaxtı alış-veriş günahdır.

Cümə günü edilən ibadətlərə, başqa gündə edilənlərin, ən azı ikiqat savabı verilir. Bununla yanaşı cümə günü işlənən günahlarda ikiqat yazılır. Cümə günləri duanın qəbul olunacağı bir an var. Cümənin gündüzü, gecəsindən daha qiymətlidir.

Hədisi-şəriflərdə buyrulur:
- Şənbə günləri yəhudilərə, bazar günləri xristianlara verildiyi kimi, cümə də müsəlmanlara verildi. Bu gündə müsəlmanlara xeyir-bərəkət və yaxşılıq vardır.
- Cümə günü gəldiyi üçün sevinən bir möminə qiyamətə qədər hər gün o qədər savab verilir ki, bunu tək Allah-təala bilir.
- Cümə günü vəfat edən möminlərə şəhid savabı verilir və qəbir əzabından qorunur.
- Günlərin ən qiymətlisi cümədir. O gün bayram günlərindən və Aşura günündən daha qiymətlidir. Cümə dünyada və Cənnətdə möminlərin bayramıdır.
- Ana-atasının və ya ikisinin birindən qəbrini hər cümə günləri ziyarət edənin günahları bağışlanır. Haqlarını ödəmiş olur.
- Bir müsəlman cümə günü qüsul abdəsti alıb, cümə namazına gedərsə, bir həftəlik günahları bağışlanır və hər addımı üçün savab verilir.
- Cümə günü dırnağını kəsən kimsə bir həftə, bəlalardan əmin olur.
- Cümə fəqirlərin həccidir və möminlərin, göy əhlinin bayramıdır, Cənnətdə də bayram günüdür. Günlərin ən yaxşısı, ən şərəflisi cümədir.
- Cümə günü yaxşılıqların xəzinəsidir və gözəl şeylərin mənbəyidir.

"Cümə günləri mənə çox salavat gətirin! Çünki ümmətimin salavatları hər cümə günü mənə yetişir. Ümmətimin mənə ən yaxın olanı ən çox salavat gətirənləridir". Hədisi-Şərif
CÜMƏNİZ MÜBARƏK OLSUN...
(səs: 6)
Şərhlər: 13
Baxılıb: 15 829
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri