Hicab - azadlıqdır!

Müəllif: my_angel
Şərhlər: 7
Baxılıb: 1591
Paylaş:
Səs ver:
(səs: 5)
Hicabın Allahın əmri olması
Uca Allah Qurani kərimdə buyurur: "Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah Bağışlayandır, Rəhmlidir". (əl Әhzəb, 59). "Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar...". (ən-Nur, 31). "Evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın. Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin...". (əl Əhzəb, 33). Hicab geyinən və digər vacib əməlləri edən qadının Cənnətə girəcəyini Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) belə demişdir: "Qadın beş vaxt namazını qılarsa, Ramazan orucunu tutarsa, özünü haramdan (həmçinin haram baxışlardan) qoruyarsa və ərinə itaət edərsə, Qiyamət günü ona: Cənnətin hansı qapısından istəyirsənsə, ora daxil ol –deyilər…" (Əhməd 1661) Allahın əmrindən çıxaraq açıq-saçıq geyinmək isə axirət əzabına apara bilər: "Görmədiyim iki sinif insan vardır ki, onlar cəhənnəmin əhlidirlər. İnəklərin quyruğuna oxşayan dəyənəklə insanları döyənlər və geyinmiş, lakin çılpaq görünən, pisliyə meyl edən və meyl etdirən, başları dəvənin hürgücünə bənzəyən qadınlardır. Bu sinif insanlar cənnətə girməyəcək, heç qoxusunu da duymayacaqlar. Halbuki onun qoxusu filan-filan məsafədən hiss edilir". (Muslim).

Hicab qadını qoruyur
Hər bir qadının arzusu onu sevən və şəxsiyyətinə hörmət edən kişi ilə ailə qurmaqdır. Təssüüf ki, müasir zamanda qadınlara yalnız şəhvət gözü ilə baxan kişilər də çoxdur. Açıq-saçıq geyimi tərk edərək hicab geyinmək qadını belələrindən qoruyur. Uca Allahın "Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir" (əl Әhzəb, 59) sözü həmçinin kafir ölkələrində baş alıb gedən, ölkəmizə də son zamanlar ara-sıra baş verən cinsi zorakılıq hallarının qarşısının alınmasını bildirir. Hicab həmçinin cəmiyyətimizdə də hörmətlə qarşılanır və milli-mənəvi dəyərlərimizə də uyğundur. İslam qadının bədənini yad gözlərdən qoruyaraq onu şəxsiyyətini uca tutmuşdur, əsl azadlıq da budur. Məgər qadının bədənini reklamlarda istifadə edənlər qadına olan hörmətdənmi, yoxsa məhsullarını satmaq üçün bunu "gözəllik", "azadlıq" adlandırırlar?

loading...
(səs: 5)
Şərhlər: 7
Baxılıb: 1591
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
yasemin
TANRIM günahlarımızı bağışlasın… inşALLAH taxanlar ədalətlə əməl edərlər… taxmayanlarada inşALLAH ALLAH nəsib etsin taxmağı (məndə içində)

TANRIM günahlarımızı bağışlasın… inşALLAH taxanlar ədalətlə əməl edərlər… taxmayanlarada inşALLAH ALLAH nəsib etsin taxmağı (məndə içində)
9 may 2015 16:21
7
Allah bizlere duamizi yasamagi qismet etsin.. InsAllah dua
Offline
tek umidim sen
Bu gun bir qiz usagi gordum. Hardasa 5-6 yasi olardi,basdan ayaga qaraya burumusduler usagi. O yaziq qizin belke hecxeberi yoxdu onu niye bele buruyubler. Mence o yasda usaqlara olmaz. O yasda usaq ne bilirki hicab nedi? Bele hicaba qarsi deyilem amma bezen insan gozu ele seyler gorurki,gorende deyirsen bunnan hicab taxmasa yaxsidi...
8 may 2015 18:42
6
Ne mutlu TÜRK'üm diyene!...
Offline
rəmsə
Mənim bir tanışım var,deyirdiki əvvəllər təkcə namaz qılanda bürünürdüm,sonra fikirləşdim əgər biz Allahın qarşısında bürünürüksə niyə bunu həmişə etmiyək.Daha sonra hicaba keçmişdi.Həqiqətən də hicab paklıq və saflıqdı
8 may 2015 16:09
5
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Offline
vipbetul
Rebbim gunahlarimizi baqishalsin insallah bizide Hicaba kecmeyi qismet etsin Amin
8 may 2015 16:06
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Online
aziz a
Hicab cox gozeldi, pakliqdi, safliqdi nesibimiz olsun insALLAH
8 may 2015 14:28
3
...
Offline
BARBI
Hicab gozellik qel temizliyidir. Hicab esl azadliqdir insan hicab taxdiqda ozunu allaha yaxin hiss edir
8 may 2015 12:50
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Fialka
Hicabı Allah təala qadınlar üçün buyurub ancaq bəziləri hicabı oyuncağa çevirib ya özünü bu yolla reklam edir bir müddətdən sonra açır yada hansısa fotosessiya üçün dəb kimi istifadə edir. Düzgün deyil bu cür hərəkət və məncə qadın çalışdığı qədər özünü naməhrəm baxışlardan qorumağı bacarmalıdır. Özünü açıq - saçıq geyinib göstərməyin isə bir mənası var o da hərkəsə məlumdur. Ancaq bilsələr ki, axirətdə vəziyyətləri necə olacaq bəlkədə bir daha fikirləşərdilər...
8 may 2015 11:19
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri