Allahım, Niyə Mən?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 741
Səs ver:
(səs: 0)

Allahım Niyə Mən?

Bu sualı özümə həyatım boyunca dəfələrlə soruşduğumu xatırlayıram. Əminəm sizlər də bu sualı özünüzə tez-tez soruşmusunuz. Əslinə baxsanız sualın özündə bir şey yoxdur. Hər nə qədər başlığa baxınca bu sualın altında bir üsyan duyğusu hakim kimi görünsə də vəziyyət tam tərsi içində etibarlı ola bilər. Qısacası bu sualı insanlar özlərinə iki fərqli vəziyyətdə verə bilərlər .

Birincisi, bəzi insanlar başlarına bir yaxşılıq gəldiyində bunun nəticəsi olaraq "Allahım Niyə mən?" sualına müraciət edə bilərlər ki düşünürəm ki bu ikinci qrupda sayacağım insanların sayına nisbətlə daha azdır. Bu ilk qrupdakı insanlar həm başlarına gələn yaxşı şeydən nəsiblənirlər həm də bunun üçün şükr etmələri lazım olduğunu bu sual vasitəsilə xatırlaya bilirlər.

Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin (təmiz və) halalından yeyin! Əgər Allaha ibadət edirsinizsə, (bu nemətlərə görə) Ona şükür edin!
(Bəqərə Suresi-172)

İkinci bir qrupda saya biləcəyim insanlar isə bu sualı başlarına hər pislik gəldiyində soruşmaqdan qaçınmayanlardır. Bunların hamısı üçün isə vəziyyətin yəni sualın onları aparacağı istiqamətin tamamilə pis olduğunu söyləmək haqsızlıq olar. Məsələn başına bir bəla gələn insan bu sualı özünə yönəldib həyatını sorğulama və bəlkə də keçmişdə etdiklərindən ötəri başına bu tip bir pisliyin gəldiyi qanısına çatıb həyatına çeki nizam vermə yoluna gedə bilər ki bu yaxşı bir şeydir. Üstəlik keçmişdə edilənlərdən ötəri o pisliyə məruz qalmaq da şərt deyil ki Allah bunu ayəsində açıq-aşkar ortaya qoyur. Bəla, çətinlik hər kəsin başına gələ bilər:
(Ey möminlər!) Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz? Onları (şiddətli) fəlakət və sıxıntı elə bürümüş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və iman gətirənlər birlikdə: “Allahın köməyi nə vaxt gələcək?”- demişdilər. Bilin ki, Allahın köməyi (sizə) yaxındır!
(Bəqərə Suresi-214)

Ayədə dediyi kimi başlarına hər pislik gələnin sonu pis olmaya bilir. Kənar yandan bu ikinci qrup içində qalan insanlar üçün ən pisi bu sualı içinə bir üsyan duyğusu yerləşdirərək soruşmaq olacaq hər halda.
Siz ikiqat müsibət gətirmiş olduğunuz halda, başınıza bir müsibət gəldiyi zaman: “Bu, haradan gəldi?”– söylədiniz. De ki: “Bu, sizin özünüzdəndir!” Həqiqətən, Allah hər şeyə qadirdir.
(Ali-İmran Surəsi, 165)

Görünən o ki həyatımız boyunca ağzımızdan dəfələrlə tökülən və tökülməyə də davam edəcəyi şübhəsiz olan bu sual bir iti bıçaq kimi. İnsanı həm doğru yola yönəldə bilər həm də tam tərsini edib üsyan duyğusunun xaricə vurulmuş halına gələ bilər. Əhəmiyyətli olan bu sualı hansı baxımdan özünüzə soruşmaq istədiyinizdir.

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 741
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri