Həddi aşmamaq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 892
Səs ver:
(səs: 0)

Mömin insan həddi aşmayaraq yalnız halal dairəsində hərəkət edər. Cəhalətin hakim olduğu mühitdə lazımi davranışları göstərməsi və özünü cahiliyyə mədəniyyətinin təsirinə salmaması, ölçülü və ağıllı davranması vacibdir.

Əlbəttə yalnız cahiliyyə mühitində deyil, möminlər arasında da incə düşüncəli ağıllı davranışları tələb edən vəziyyətlər var.
İman edən insan hər an ağılından istifadə edərək həddindən artıq və kəskin hərəkətlərdən uzaq dayanmasının vacibliyini bilər. Hadisələr qarşısında həyəcanlanmayan, heç bir zaman soyuqqanlılığını itirməyən xarakterə sahib olmaq üçün hər zaman diqqətli olar. İmanın verdiyi bu soyuqqanlılıq ilə ağıldan uzaqlaşmayan, ani kədər və ya sevincə qapılmayan xarakterə sahib olar və sabitliyini hər hərəkətində göstərər. İman edənlərin bu balanslı və sabit ruh halı bir çox ayədə təsvir edilmişdir. Bunlardan bəziləri belədir:

Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır! Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz! (Hədid Surəsi, 22-23)

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 892
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri