"Ayətül-Kürsi"də bilinməyən möcüzəvi uyğunluq!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 36 715
Səs ver:
(səs: 6)
"Ayətül-Kürsi” "Qurani-Kərim”in ən böyük surəsi olan Əl-Bəqərə ("İnək”) surəsinin 255-ci ayəsidir. Bu ayə 9 cümlədən ibarətdir və bu cümlələr bir-birilə möcüzəvi şəkildə bağlıdır.

"Ayətül-Kürsi”nin oxunuşu və tərcüməsi belədir:

1. Allahu la ilahə illa huvəl-həyyum-qəyyum ( Allahdan başqa heç bir tanrı yoxdur. Diridir və yaradandır)

2. la tə'xuzuhu sinətun və la nəvm ( O, nə mürgü, nə də yuxu bilər.)

3. ləhu ma fis-səmavati və ma fil-ərz ( Göylərdəki vəyerlərdəki hər şey Onundur.)

4. mən zəlləzi yəşfə'u indəhu illa bi-iznihi ( Onun qatında Onun izni olmadan kim şəfaət edə bilər?)

5. yə'ləmu ma bəynə əydihim və ma xəlfəhum ( O, hər kəsin önündəkilərini də, arxalarındakını da bilir.)

6. və la yuhitunə bişəy'in min ilmihi illa bima şaə (Onlar Allahın elmindən Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər)

7. vəsiə kursiyyuhus-səmavati vəl-ərz ( Onun kürsüsü göyləri və yerləri əhatə etmişdir.)

8. və la yəuduhu hifzuhuma (Göyləri və yeri qoruyub mühafizə etmək Onun üçün heç də çətin deyildir.)

9. və huvəl-Əliyyul-Əzim ( Ən böyük və ən uca varlıq Odur.)

"Ayətül-kürsi”nin 1-ci cümləsində Allahın (cəllə cəlaluhu) 2 adı çəkilir: "Həyy” (daima diri olan) və "Qəyyum” (hər şeyi, yeri-göyü yaradan). Sondan 1-ci, yəni 9-cu cümlədə də həmçinin Allahın (cəllə cəlaluhu) 2 adı çəkilmişdir: "Əliyy” ( çox uca, yüksək) və "Azim” (ağlı yüksək dərəcədə olan).  Deməli, 1«9

"Ayətül-Kürsi”nin 2-ci cümləsində bildirilir ki, Allah (cəllə cəlaluhu) nə mürgüləyər, nə də yuxuya gedər. Mürgüləmək və yatmaq yaradılana xas xüsusiyyətlərdir, Yaradana yox. Eynilə, sondan 2-ci, yəni 8-ci cümlənin mahiyyəti də belədir: Tutaq ki, bir insan böyük bir şirkətin mühafizəçisidir. Saatlarla oyaq qalarsa yavaş-yavaş onu yuxu tutar, mürgüləyər və hətta ayaq üstə də olsa yatar, şirkəti mükəmməl şəkildə qoruya bilməz. Bu yaradılana xasdır. Lakin Yaradan üçün "Göyləri və yeri qoruyub mühafizə etmək heç də çətin deyildir.”2«8

"Ayətül-Kürsi”nin 3-cü cümləsində deyilir ki, "Göylərdəki və yerlərdəki hər şey Onundur”. Yəni hər şeyin sahibi Allahdır. Sondan 3-cü, yəni 7-ci cümlədə isə bildirilir ki, "Onun kürsüsü yerləri və göyləri əhatə etmişdir”. Yəni O, göylərin, yerin, bütün kainatın hökmdarıdır! Diqqət edin, bir cümlədə sahibi ("Malik”) və digər cümlədə hökmdarı( "Məlik”). Başqa sözlə, bir ölkənin hökmdarı idarə etdiyi ölkədə heç də hər şeyin sahibi sayılmır, yəni birinin bir inəyi varsa bu o demək deyildir ki, həm də hökmdarın inəyidir. Əksinə, mənim bir qələmim varsa deyirəm ki, bu qələmin sahibi mənəm, daha demirəm ki, bu qələmin hökmdarı mənəm. Bir sözlə, yaradılan insan ya sahibdir, ya da hökmdar. Lakin Yaradan həm hökmdardır, həm də hər şeyin sahibi! 3«7

"Ayətül-Kürsi”nin 4-cü cümləsində bildirilir: "Onun qatında Onun izni olmadan kim şəfaət edə bilər?” Yəni haqq-hesab günü heç kimin xahişi qəbul olunmayacaq, Allahın (cəllə cəlaluhu)izin verdiklərindən savayı! Gördüyümüz kimi burda bir istisna hal var. Sondan 4-cü, yəni  6-cı cümlədə isə bildirilir: "Onlar Allahın elmindən, Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər!”  Yəni Allah (cəllə cəlaluhu) istərsə, izin verərsə, bir insan roket düzəldə bilər, bir insan atomu parçalaya bilər, bir insan sensor telefon icad edə bilər və s. Bu cümlədə də bir istisna var. Beləliklə, 4-cü cümlədə "izin verdiklərindən savayı” istisnası və 6-cı cümlədə  "Özünün istədiyindən başqa” istisnası.4«6

Nəhayət, qaldı "Ayətül-Kürsi”nin 5-ci cümləsi! Ayənin tən ortasında dayanan, yəni ayəni iki hissəyə ayıran cümlə:

" O, hər kəsin önündəkilərini də , arxalarındakını da  bilir.”

Ayənin möcüzəsi də baxın burdadır: Yəni Allah (cəllə cəlaluhu) bu cümlədən əvvəlki  1-ci, 2-ci, 3-cü, 4-cü cümlələrdəki hökmləri də, bu cümlədən sonrakı 6-cı, 7-ci, 8-ci, 9-cu cümlələrdəki hökmləri də bilir. Bir başqa sözlə, Allah (cəllə cəlaluhu) hər kəsin keçmişini (dünənini) və gələcəyini (sabahını) bilir. Ortada qalan "bu gün”ünüzü elə yaşayın ki, həm keçmişiniz, həm də gələcəyiniz işıqlansın! "Bu gün”ünüzü elə yaşayın ki, keçmişdəki günahlarınız üçün bir kəffarə, gələcəkdəki həyatınız üçün sizə bir kömək olsun!
(səs: 6)
Şərhlər: 6
Baxılıb: 36 715
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri