Bu gecə Rəğaib gecəsidir. Rəğaib gecəsinin əməlləri hansılardır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 6 516
Səs ver:
(səs: 3)
İslam mənbələrində göstərilib ki, Rəcəb ayında hər gün səhər və axşam, namazlardan sonra bu duanı oxumağın çox böyük savabı vardır.

Əvvəl deyirsən: ”Ya mən ərcuhu likulli xəyrin və amənə səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələhu, ya mən yu`ti mən ləm yəsəlhu və mən ləm yərifhu təhənnunən minhu və rəhmətən. Ə`tini biməsələti iyyakə cəmiə xəyrid-dünya və cəmiə xəyril axirəh, vəsrif ənni biməsələti iyyakə cəmiə şərrid-dünya və şərril axirəh, fə-innəhu ğəyru mənqusin ma əətəytə və zidni min fəzlikə ya Kərim.”

Tərcüməsi: "Ey o Kəs ki, Ondan bütün xeyirlərə ümidim var və bütün şərlər yanında Onun qəzəbindən aman axtarıram. Ey o Allah ki, mənim az əməlimin müqabilində çox əta edir. Ey o Allah ki, Ondan istəyənə əta edir. Ey o Allah ki, Ondan istəməyənə də əta edir. Və (hətta) Onu tanımayana da əta edir. İndi mən gəlmişəm, öz dilimlə istəyirəm. Sən Öz geniş rəhmətinlə mənə əta et. İlahi, Pərvərdigara! Mənə bu dünyanın və axirətin bütün xeyirlərini nəsib et. İlahi, məndən bütün bu dünyanın və axirətin şərlərini uzaq et!”

Sonra saqqalı varsa sol əli çənəyə (və ya saqqalı yoxdursa başa) qoyub (qadınlar sadəcə oxuyurlar), sağ əlin şəhadət barmağını qibləyə tərəf tutub bir qədər qaldıraraq deyirsən: "Ya zəl-cəlali vəl ikram, ya zənnə’mai vəl cud, ya zəlmənni vət-təvli, hərrim şəybəti ələn-nar” (sol əlini başına qoyan "şeybəti” sözünün yerinə "şəri ” desin).

Tərcüməsi: "Ey cəlal sahibi və əta edən! Ey nemət və mərhəmət sahibi! Ey əta edənlərin ən səxavətlisi! Mənim ağarmış saçlarımı Cəhənnəm odundan qoru, ey mərhəmətlilərin ən mərhəmətlisi".

Rəcəb ayında oruc tutmağın da böyük savabı vardır.  İmam Sadiqdən belə bir hədis var: "Rəcəb ayında oruc tutanın savabının miqdarını Allahdan başqası bilmir. Həqiqətən bu elə aydır ki, Allah onu başqa aylardan fəzilətli etmişdir. Ona hörməti böyük etmiş və oruc tutanlarını əziz tutacağını özünə vacib etmişdir”

Həmçinin İmam buyurub: "Hər kim bu ayın son günlərindən birini oruc tutarsa, Allah onu ölümün şiddətindən, ölümdən sonrakı qorxudan və qəbir əzabından qoruyar. Hər kim bu ayın son günlərindən ikisini oruc tutarsa, Sirat körpüsündən asanlıqla keçər. Hər kim bu ayın son günlərindən üç günü oruc tutarsa, böyük Qiyamət gününün və o günün şiddət və qorxusundan amanda olar”.

Digər bir hədisdə deyilir ki, hər kim Rəcəb ayının sübhündə və əsrində 70 dəfə "Əstəğfirullahə və ətubu iləyh" deyər və sonra əllərini qaldırıb deyərsə: "Əllahum-məğfirli və tub ələyyə", əgər həmin adam bu ayda ölərsə, Rəcəbin bərəkətinə görə od onu yandırmaz.

Həzrət Peyğəmbər (s) buyurub:
"Rəcəb ayı ümmətimin bağışlanma ayıdır. Ona görə bu ayda çoxlu bağışlanma istəyin ki, Allah bağışlayan və mehribandır. Bu ayda ümmətimə Allahın rəhməti daha çox nazil olar. Çoxlu deyin: "Əstəğfirullahə və əs’əluhut-tövbə".
 
Aprelin 24-nə keçən gecə Rəğaib gecəsidir. Bu gecənin əməlləri hansılardır?
Həzrət Peyğəmbərdən (s) nəql olunur: ”Rəcəb ayının ilk cümə axşamı gününü unutmayın. Mələklər bu gecəni "Leylətül-rəğaib" deyə yad edir. Bu günün gecə yarısında göy və yerdə bir mələk belə qalmır, bütün mələklər Kəbə ətrafına toplanır".

Rəcəb ayının fəzilətli başqa bir sıra aylardan çoxdur. Rəcəbin ilk cümə gecəsi, yəni 4-cü gündən 5-ci günə keçən gecə (bu il aprelin 23-dən 24-nə keçən gecə), Leylətül Rəğaib adlanır və bu gün (yəni 4-cü gün) oruc tutmaq, həmin gecə ibadətlə məşğul olmaq çox əhəmiyyətlidir.

İslamda Rəcəb ayı haram ayların ikincisidir. Allahın bu ayında ibadət, dua, istiğfar, tövbə möminlərin üzünü daha da nurlandırır, mömin olmayanların isə qəlbinə nüfuz edərək, onların da iman nuru ilə nurlanması ilə nəticələnir.

Rəğaib gecəsinin əməlləri haqda deyilir:
"Rəcəb ayının ilk cümə axşamı günü oruc tut.

Cümə gecəsinə daxil olduğun zaman şam və xiftən namazları arasında 12 rükət namaz qıl.
Bu namazın hər 2 rükətini .. salamla bitir.
Hər rükətdə 1 dəfə "Həmd"(Fatihə), 3 dəfə "İnna ənzəlnahu"(Qədr) və 12 dəfə "Qul huvallahu əhəd" (İxlas) oxu.
Namaz bitdikdən sonra 70 dəfə "Allahummə Səlli Əla Muhəmmədən Nəbi və Əla alihi" deyirsən.
Sonra isə səcdəyə gedib 70 dəfə "Sübbuhu, Quddusu, Rəbbul Məlaikəti vər Ruh" deyirsən.
Ondan sonra isə səcdədən qalxıb 70 dəfə "Rəbbi iğfirli vərhəm və təcavəz əmma təələm, innəkə əntəl Əliyyul Əzim" de.
Daha sonra isə yenidən səcdəyə get, bir daha 70 dəfə "Sübbuhu, Quddusu, Rəbbul Məlaikəti vər Ruh" dedikdən sonra Allahdan istədiyini dilə…".

Allah hər birimizin namazlarını dualarını ibadətlərimizi qəbul eləsin. Amin. Bu gecə Rəğaib gecəsində, Rəbbim hər kəsi sevindirsin arzularımıza niyətllərimizə çatdırsın. Amin. İnşAllah...
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 6 516
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri