ALLAHLA ünsiyyət yaratmaq üçün nə etməli?

Müəllif: yasemin
Şərhlər: 5
Baxılıb: 3 685
Səs ver:
(səs: 2)
Hər kim başqası ilə ünsiyyət bağlamaq və ona yaxın olmaq istəyirsə, gərək elə bir əməl etsin ki, qarşı tərəf də ona etimad edə bilsin. Onun rəftarlarını bəyənsin. O kəs ki, Allahla yaxın olmaq istəyir, gərək elə rəftar etsin ki, Allahın nəzərini cəlb edə bilsin.

Allahla yaxın olmaq çox böyük bir zəhmət tələb edir və bu əməl insanı məxluqlarla yaxın olmaqdan ayrı salar. Ona görə xoş olsun o kəslərin halına ki, Allahdan qeyrisindən ayrılmış və Allahla yaxın olmağı üstün bilmişdir.

İmam Həsən Əsgəri (ə) buyurur: "Hər kim Allahla həmsöhbət olar, insanlardan vahiməyə düşər. Nişanəsi də Allahla ünsiyyət və insanlardan vahiməyə düşməkdir”.

İmam Əli (ə) buyurur: "Hər kim dostunu sevərsə, onunla ünsiyyət bağlayar. Hər kim dostu ilə ünsiyyət bağlayarsa, dediklərini təsdiq edər, rəftarına sevinər”.

Allah Təala Musaya (ə) buyurur: "Ey Musa (ə)! Mən ancaq sevənlərimə aidəm”.

O zaman ki, iki dost arasında ünsiyyət bərqərar olar, bir-birinə elə bağlanarlar ki, ayrılıq onlar üçün ən böyük əzab sayılar. Bəzən elə olur ki, aşiq məşuqundan uzaq düşdüyü üçün həyat ona mənasız görünər. İmam Əli (ə) "Kumeyl” duasında buyurur: "Mənim Mövlam! Tutaq ki, əzabına səbir etdim, Sənin ayrılığına necə səbr edəcəyəm?”

Bəzən insan etdiyi günahlara görə qəmgin olur və Allaha pənah aparmaq yerinə, hər şeydən əlini üzür. Bu, düz deyildir. Belə ki, Allah bizimlə olan rabitəsindən heç bir fayda qazanmaz. Əslində bu, bizik ki, Allahla rabitəmizdən fayda və bəhrə alarıq. Ona görə də o kəs ki, bizimlə rabitə qurmağı xoşlayır və bizə faydası dəyir, onunla niyə əlaqəmizi kəsməliyik ki?

Rəhman Allahla ünisyyət yaratmaq üçün əvvəl qəlbimizi zikrlə hazır etməliyik. Həqiqən Allahı zikr etmək qəlbi səfalı edər. Hər kim Allahı unudarsa, əldə etdiklərini bada verər. Belə ki, o kəs ki, Allahı unudarsa, özünü də unudar. İmam Əli (ə) Allaha buyurur: "Allahım! Özündən qeyrisindən sonsuz ayrılmağı mənə inayət buyur”.

O kəs ki, Allahla ünsiyyət bağlamaq istəyir, gərək bir neçə mərhələni keçə bilsin.

1. Tələb və istək.
Bu yolda atacağımız ilk addım Allahla ünsiyyəti istəmək və iradə göstərməkdir. Cövşən Kəbir duasında oxuyuruq ki: "Ey o kəs ki, Onu istəyir və Onunla ünsiyyət bağlamaq istəyir”. Yəni, əgər insan istəməsə, bu ali məqama çata bilməz.

2. Məhəbbət və sevgi.
Sonrakı mərhələdə bilmək lazımdır ki, Allahla ünsiyyət Ona qarşı olan sevginin səmərəsidir. Həqiqətdə ünsiyyət - məhəbbətin ən üstün cilvələrindəndir. Allaha sevgi bəsləmək Ona qarşı olan sevginin sayəsində hasil olar. İnsan o zaman mərifətini artıra bilər ki, qəlblər dünya məşğuliyyələtlərindən və əlaqələrindən pak olar. Allahdan başqası ilə dostluq etməyi qəlbdən çıxardar. Əlbəttə dünyanı sevmək məzəmmət edilməz. Ona bağlanmaq məzəmmət olunar.

3. Zikr və Allahı yada salmaq.
O zaman ki, qəlblərdə Allah sevgisi öz yerini alar, qəlb və dil Allahı zikr etməyə başlayar. Məhbubu zikr etmək və Onu yada salmaq sevginin nəticəsidir. Aşiq həmişə sevir ki, məşuğunu yada salsın. Hər nə qədər yada salar, sevgisi artar. Allah Təalanı hər bir varlıqdan daha rəhimli və mehriban görər. Həqiqətdə Rəhman Allahı bəsirət gözü ilə görər.

İmam Əli (ə) buyurur: "Nə zaman görsən ki, Allah Özünü sənin yadına salmaqla həmsöhbət olur, bil ki, səni sevir”.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 3 685
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri