313 rəqəmində hər hansı müqəddəslik varmı?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 9 640
Səs ver:
(səs: 2)
Bəzi hədislərdə 313 rəqəmi xüsusi müqəddəslik daşıyır. Qurani-kərimdə qeyd edilmiş bir rəvayətə görə, Həzrət Davud Peyğəmbərin (ə) müasiri olmuş Bəni-İsrail hökmdarı Talut böyük bir qoşunla döyüşə yollananda Allah ona əmr verdi ki, öz əsgərlərini sınağa çəksin və sınaqdan uğurla çıxanları ayırıb özü ilə döyüşə aparsın.

Talut əsgərlərinə əmr etdi ki, yolda qarşılarına çıxan çayın suyundan bir ovucdan artıq içməsinlər. Az bir hissə bu tapşırığa əməl etdi. Sınaqdan uğurla çıxanların sayı 313 nəfər oldu və onlar döyüşdə çoxsaylı düşmənə qalib gəldilər (Bəqərə, 249). Bəzi rəvayətlərə görə, Bədr döyüşündə də 313 nəfər müsəlman özlərindən üçqat artıq düşmənə qalib gəlmişdi.

Həmçinin, hədislərə görə, İmam Mehdinin (ə) sadiq silahdaşlarının da sayı 313 nəfər olacaq. Bu say tamamlandıqdan sonra İmam zühur edəcək.
(səs: 2)
Şərhlər: 11
Baxılıb: 9 640
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri