Mömini sevindirmək

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 487
Səs ver:
(səs: 3)
Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Sədəqə öz sahibinin əlindən çıxan zaman (yə`ni kasıblara verilərkən) ona deyər: Fani idim, mənə varlıq bağışladın, kiçik idim, məni böyütdün, düşmən idim, məni dost etdin, indiyə qədər sən məni qoruyurdun, indi isə qiyamətə qədər mən səni qoruyacağam. İsna-əşəriyyə /223.

*** –İmam Kazim əleyhissalam buyurur: Hər kəs mö`mini sevindirsə, əvvəl Allahı, sonra Onun Peyğəmbərini, daha sonra isə bizi (Əhli-beyti) sevindirmişdir. Biharul-ənvar /74/314.

*** –İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Həqiqətən Allah-taala fəqir və kasıbların ehtiyaclarını, xərclərini varlıların sərvətində qoymuşdur. Deməli, bir fəqir ac qalarsa, bu hansısa bir sərvətlinin onun haqqını verməkdən imtina etməsi səbəbi ilə olmuşdur. Nəhcül-bəlağə /533, Kələmati-qisar /328.

*** –İmam Sadiq əleyhissalam buyurur: Allaha and olsun, hər kəs öz mal-dövləti ilə möhtac və çətinlikdə olan bir mö`minin köməyinə tələsməsə, behişt yeməklərindən və təamlarından məhrum olar və rəhiqi-məxtumdan heç nə içməz. Biharul-ənvar /75/314.

*** –Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Nə qədər ki, mənim ümmətim bir-biri ilə sədaqətlə davranır, əmanəti sahibinə qaytarır və öz mal-dövlətinin zəkatını verir, həyatları gözəl tərzdə olacaqdır. Amma əgər belə etməsələr (bu əməlləri yerinə yetirib vəzifəni icra etməsələr) qəhətlik və çətinliklərlə üzləşəcəklər. Vəsailuş-şiə /6/13.

*** –İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Ey Adəm övladı, səndən sonrakı varislərin sənin halal malını necə xərcləməsini istəyirsənsə, diri ikən həmin cür özün xərclə. Nəhcül-bəlağə /512, Kəlimati-qisar /254.

*** –Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Sədəqə verin və öz xəstələrinizi sədəqə vasitəsilə müalicə edin. Çünki sədəqə xoşa gəlməz hadisələri və xəstəlikləri dəf edir, ömrün uzanmasına, mal-dövlətin artmasına səbəb olur. Kənzul-ümmal /6/371.

*** –Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Məni asimanlarda seyr etdirən zaman behiştin qapısında üç sətir yazı gördüm. Birinci sətirdə Bismillahir-rəhmanir-rəhim. Mən o Allaham ki, Məndən başqa heç bir mə`bud yoxdur, rəhmətim qəzəbimdən irəlidədir –yazılmışdı. İkinci sətirdə isə Bismillahir-rəhmanir-rəhim. Sədəqə verməyin on, borc verməyin on səkkiz və qohum-əqrəba ilə gediş-gəlişin otuz qat savabı vardır –yazılmışdı. Üçüncü sətirdə isə Hər kəs Mənim Pərvərdigar olmağımı, qədir-qiymətimi və məqamımı bilsə, Məni ruzi barəsində müttəhim etməz –yazılmışdı. İsna-əşəriyyə /85.

*** –Tavus ibni Yəman deyir: Əli ibni Hüseyn əleyhissalam buyurdu: Mö`minin beş nişanəsi vardır. Dedim: Hansılardır, ey Peyğəmbər övladı? Buyurdu: Xəlvətdə təqvalı olmaq, mal-dövləti az olarkən sədəqə vermək, müsibət baş verərkən səbr etmək, qəzəblənərkən həlim olmaq və qorxarkən düz danışmaq. Xisal /127.
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 2 487
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri