Nəsihət (1-ci hissə)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 293
Səs ver:
(səs: 1)
İmam Əlinin (ə) oğlu imam Həsənə (ə) nəsihəti

Oğlum, sənə Allahdan qorxmağı, Onun əmrlərindən çıxmamağı ,onun zikri ilə qəlbini təmizləyib qorumağı, Quranla yaşamağı tövsiyə edirəm. Qəlbini nəsihətlərlə canlı saxlayaraq iman nurunu gücləndir. Həqiqi elmlə sağlam et. Belə etsən, onun ləzzətindən zövq alarsan. İmanını hikmətlə aydınlat, ölümü xatırlamaqla yola gətir. Dünyanın acıları ilə gözünü aç, zamanın hiylələrinə qarşı ayıq saxla. Səndən əvvəlkilərin başlarına gələnləri qəlbinə xəbər ver, düçar olduqları bəla və müsibətlərdən ibrət götür.

Bilmədiyin haqda söz demə, ehtiyacın olmayan şey haqqında danışma. Ziyana uğradığın yerdən geri dön,çünki ziyana uğramadan geri dönmək ziyana uğrayaraq yolun yarısından geri dönməkdən daha xeyirlidir.
Özünü və başqalarını xeyirli işlərə sövq et! Xeyirli işlər görməkdən başqalarını qabaqlaamağa çalış. Pisliklərə icazə vermə. Pislik edənlərə əlinlə və dilinlə mane ol!Harada olursan ol, haqqı axtar və nə qədər çətin olsa da, heç vaxt haqdan uzaq düşmə. Bütün işlərində nəfsinə nəzarət et ki, onu yola gətirib əmin-amanlıq içində olasan.

Oğlum, özünlə başqaları arasında ölçüyə qərar ver və özün üçün istədiklərini başqaları üçün də istə. Özünə arzu etmədiyin şeyləri başqaları üçün də istəmə. Kimsəyə qarşı haqsızlıq etmə. Bil ki,özünü böyük görmək savabın ziddinədir. Qürur və təkəbbürlük ağlın düşmənidir. İstək və arzularına təvazökar ol. Qazanc əldə etdikdə qənaətcil ol. Nələrsə xoşuna gəlib özünə sövq etsə də, onlar qarşısında özünü kiçiltmə. Çünki fəda etdiyin şeyə əvəz olaraq heç bir şey qazana bilməzsən.
Tamah və hərislik səni öz köləsinə çevirməsin, çünki bunlar insanı fəlakətə sürükləyir. Bildiyin zaman susmaq, bilmədiyin zaman danışmaq qədər çirkin işdir. Bunun müqabilində sükut etdiyin zaman əldən verdiyin şeyi təkrar əldə etmək, söyləyərək təkrar əldə etdiyin şeyi əldə etməyindən daha asandır.

Çoxdanışan insan dostlarına etibar edər. Unutma ki, qabdakı yeməyi yalnız ağzını örtməklə qorumaq olar.
Ümidsizliyin acısı xalq qarşısında üzünün suyunu tökməkdən daha xeyirlidir. Namus qorumaq üçün çalışmaq namussuz dövlətli olmaqdan daha xeyirlidir. İnsanın sirrini ən yaxşı özü qoruyar.

Oğlum, xeyirli insanlarla birlikdə ol ki, onlardan biri olasan. Xeyirsiz insanlardan uzaq ol ki, xeyirsiz insanlardan olmayasan. Haram mal necə də pisdir. Zəiflərə zülm ən pis zülmdür. Ümidə könül bağlamaqdan uzaq ol. Çünki o, ağılsızların sərmayəsidir. Hətta düşməninlə də yaxşı rəftar et, çünki belə bir davranış iki zəfərdən birisidir. Dostlarından biri ilə əlaqəni kəsmək istədikdə geri dönəcək bir qapı qoy. Gün gələr yenə də əlaqə qurmaq istəyərsən. Sənin barəndə yaxşı fikirdə olanların təəssüratlarını əməlinlə doğrult. Aranızdakı yaxınlığa və yaxşı niyyətə inanaraq, dostunun haqqını tapdaladığın şəxs heç vaxt sənin yaxşı dostun ola bilməz.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 293
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri