Nəsihət (2-ci hissə)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 346
Səs ver:
(səs: 0)
İmam Əlinin (ə) oğlu İmam Həsənə (ə) nəsihəti

Oğlum, unutma ki, ruzi iki hissəyə bölünür. Onlardan birini sən axtarsan, digəri səni axtarar. Əgər sən ona tərəf getməsən, o sənə tərəf gələr. Dünyada üzərinə düşən vəzifən gedəcəyin yeri düşünərək işlərini yoluna qoymaqdır. Əlindən gedən şeylərə heyfsilənsən əldə edə bilmədiyin şeylər üçün də heyfsilən. Olmayanları olanlarla yad et. Çünki işlər bir-birinə bənzəyir. Müsibət gördükdən sonra ibrət alanlardan olma. Çünki insan nəsihətlə, heyvan isə qamçı ilə tərbiyə olunur.
Heç bir zaman Allah qorxusu qəlbinizdən çıxmasın. Allaha itaət edin. İbadətlərinizə diqqət edin. İbadətlərinizi Allah qarşısında kiçilərək, Ona olan qorxu və sevgi ilə yerinə yetirin. Bu hal davam edərsə, mömin və müsəlman olaraq dünyanızı dəyişərsiniz.
Qurana tam şəkildə inanın. Elm və əməldə bir-birinizdən ayrılmayın.

İmam Əli (ə) oğlu İmam Həsənə deyir:

Günlərin bir günü əziz Peyğəmbərimizin (s.ə.s) bu sözləri buyurduğunu eşitdim: "İki mömin arasında ayrılıq olsa, aralarını düzəltməyə çalışın. Onların arasında bir-birlərinə qarşı soyuqluq qalmasın. Sizin belə rəftarınız həyatınız boyu qıldığınız bir çox namazlardan və tutduğunuz oruclardan daha üstündür."Qohum-əqrəbalarınızla gözəl davranın, vaxtaşırı onların görüşünə gedin.
Dünya malına meyl etməyin, dünyaya aid əlinizdən bir şey çıxarsa kədərlənməyin. Hər zaman düz danışın, yetimlərə qarşı mərhəmətli olun, daim zalımlara qarşı çıxın. Allahın kitabı, Peyğəmbərin (s.ə.s) sünnətinə əməl edin. Qonşunuzu incitməyin, haqqını qoruyun. Allahın Peyğəmbərinin (s.ə.s) mənə etdiyi vəsiyyət budur.

Allahdan qorxub Quranda olanlara əməl edin. Xeyirli işlərdə bir-birinizlə yarışın, namaz qılın, çünki namaz dinin dirəyidir. Din namazla ayaqda durar, mümkün olduğu qədər məscidlərə gedin. Ramazan ayında oruc tutun, çünki oruc cəhənnəmdən qurtulmaq üçün bir qalxandır. Allah yolunda cihada canınızla, malınızla qoşulun. Yoxsulun haqqı olan zəkatı verin, çünki zəkat Allahın qəzəbini rəhmətə çevirir. Peyğəmbərin (s.ə.s) övladlarını sevin, çünki möminlər Əhli-beyti (ə) sevməyə borcludurlar. Yoxsullara yardım edin, onlarla birlikdə yeyin-için, geyinin.

Oğlum, məndən bu dörd şeyi öyrən. Əməl edəcəyin təqdirdə ziyan görməyəcəyin bu dörd şeyi heç zaman unutma:

-Zənginliyin ən üstünü ağıldır.
-Yoxsulluğun ən böyüyü isə gözəl əxlaqa sahib olmaqdır.
-Qorxulacaq şeylərinən qorxulusu özünü bəyənməkdir.
-Bəyəniləcək şeylərin ən gözəli isə gözəl xasiyyətdir.

Oğlum, axmaqlarla dostluq etmə, onlar sənə fayda vermək istəyərkən zərər vurar. Xəsislərlə də dostluq etmə, onlara ehtiyacın olduğun zaman sənə kömək etməz. Pislik edənlərlə də dostluq etmə, onlar azacıq mənfəət müqabilində səni satar. Yalançılarla da dostluq etmə, onlar ilğıma bənzərlər, uzağı sənə yaxın göstərərlər.
Hər zaman Alklahı zikr edin, çünki zikrlərin ən üstünü Allahı zikr etməkdir. Peyğəmbərimizin (s.ə.s) yolunu gedin, çünki onun yolu yolların ən üstünü, ən doğrusu və ən faydalısıdır. Onun sünnətinə əməl edin, çünki onun yolu yolların ən şərəflisidir.
Allahın sözünə əməl edin!!!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 346
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri