Ya Allah - dini kəlamlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 202
Səs ver:
(səs: 4)
Imam Sadiq (ə.s.) Sevgi, qorxudan üstündür. Allaha and olsun ki, dünyanı sevən və bizdən başqasına tabe olan kimsə, Allahı sevməmişdir. Kim bizləri haqqıyla tanıyar və bizi sevsə, mütləq Allahı sevər. Daim quyruq ol, baş olma.

Rəsulullah belə buyurmuşdur: "Qorxan kimsənin dili tutular (ağızına gələn hər şeyi söyləməz.)"

Allah insanı nütfədən (mənidən, bir qətrə sudan) xəlq etdi. Bununla belə, o, (böyüyüb yetkinlik həddinə çatanda haqqı inkar, batili iqrar edib qiyamətdə diriləcəyinə inanmayaraq) birdən-birə açıq-aşkar bir düşmən kəsildi.

Imam Əli (a.s.): "İki adam xaric, həyatın heç kimə xeyiri yoxdur: 1- Hər gün yaxşılıqlarını artıran; 2- günahlarını tövbə ilə yuyan."

Imam Əli (a.s.): Evindən çıxmamağa gücün çatırsa bunu et. Çölə çıxdığında isə əsla qeybət etmə, yalandanışma, həsəd etmə, nümayiş etmə, özünü gözəl göstərmə, yaltaqlıq etmə. Müsəlmanın inzivaya çəkildiyi məbədi, nəfsini, gözünü, dilini və tenasül orqanını həbs etdiyi öz evidir. Kim ürəyiylə Allahın nemətini tanısa, daha şükrünü dilində göstərmədən nemətin artmasını temin etmiş olar.
Imam Sadiq (a.s.): Nə qədər insanlar var ki, Allahın özlərinə verdiyi nemətə aldanarlar. Nə qədər kəslər var ki, Allahın örtüsü vasitəsiylə həlak olmağa doğru irəliləyərlər. Nə qədər kəslər var ki, xalqın tərifləməsiylə özlərini itirərlər.

Imam Sadiq(a.s.): Üç kimsə xaric bizləri haqqıyla tanıyan kəslər üçün qurtuluş ümid edirəm: Zalım sultanla birlikdə olan, heva və həvəsə uyan və açıqca günah işləyən fasiq.
(səs: 4)
Şərhlər: 7
Baxılıb: 4 202
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri