Peyğəmbərin saçlarını daraması və ətirlənməsi barədə

Müəllif: my_angel
Şərhlər: 14
Baxılıb: 1126
Paylaş:
Səs ver:
(səs: 5)
Rəsulullah – ona və ailəsinə Allahın salavatı və salamı olsun - saçlarını ya özü darayar, ya da bunu onun üçün zövcələrindən biri edərdi. Saçlarını daramaqda Rəsulullah nə həddi aşar, nə də buna səhlənkar yanaşardı, yəni, nə dəqiqəbaşı saçını düzəldər, nə də onları baxımsız qoyar, əksinə, vaxtdan-vaxta onları darayıb gözəl şəklə salardı. Saçlarına və əyin-başına fikir verməyən kimsələri isə qınayardı. Cabir ibn Abdullah rəvayət edir ki, bir dəfə Rəsulullah bizə baş çəkməyə gəldi və orada saçları dağınıq bir kişi görüb dedi: "Məgər bu adam daraq tapa bilmir ki, onunla saçlarını səliqəyə salsın?!” Sonra o, üst-başı çirkli olan bir kişini görüb dedi: "Məgər bu adam su tapa bilmir ki, paltarını təmizləsin?!” (Əbu Davud, 4062). Həmçinin, o, ətir vurmağı xoşlayardı və heç vaxt ətirdən imtina etməzdi. Ənəs ibn Malik demişdir: "Rəsulullahın ətir qabı var idi və o, bu qabdakı ətirdən ətirlənərdi.”  Peyğəmbər ətirlənmədikdə belə, onun vücudundan gözəl iy gələrdi. Ənəs ibn Malik demişdir: "Mən Peyğəmbərin əlindən daha yumşaq bir ipəyə əsla toxunmamışam, Peyğəmbərdən gələn qoxudan daha gözəl bir müşk və ya başqa bir ətir qoxusu əsla iyləməmişəm”. (Səhih əl-Buxari, 1973). Rəsulullah demişdir: "Üş şeydən imtina edilməz: balışdan, ətirdən və süddən.” Burada söhbət hədiyyədən gedir. Adətən bu üç şey qonağa təqdim olunur. Bu üç şey, minnəti az olan hədiyyələrə aiddir ki, bunlardan imtina etmək bəyənilmir.[url=http://]http://[/url]

loading...
(səs: 5)
Şərhlər: 14
Baxılıb: 1126
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
efsane..
Allahin peygemberinin her davranisi ornekdi Allah razi olsun deyerli yazidir
12 iyun 2015 12:21
14
Offline
Tomris Müslümova
teessuf edirem ki melumatsiz idim bu barede tesekkur edirem))

teessuf edirem ki melumatsiz idim bu barede tesekkur edirem))
12 iyun 2015 08:58
13

Sən sadəcə mənimsən...!
Offline
aziz a
Salam ve salavat olsun Peygemberimize...
11 iyun 2015 19:56
12
Rebbim kömek olsun cümlemize Amin
Offline
vipbetul
Peyqember(s.a.s)etiri sevdiyini temizliyi sevdiyini bilirdim insallah azda olsa onun kimi temiz ola bilmeyi Rebbim bizlere qimet etsun Amin insalah

Peyqember(s.a.s)etiri sevdiyini temizliyi sevdiyini bilirdim insallah azda olsa onun kimi temiz ola bilmeyi Rebbim bizlere qimet etsun Amin insalah
11 iyun 2015 19:44
11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Sucan
Allah razi olsun
11 iyun 2015 17:20
10
Offline
ALESSANDRA
Qətiyyən məlumatım yoxidi...Təşəkkür maraqla oxudum)
11 iyun 2015 17:09
9
Don't trust anyone ∆
Offline
pozitiv
ALLAH RAZI OLSUN
11 iyun 2015 16:41
8
Saxta insanlara konlunu versen,orjinal acilar yasayarsan...
Offline
...AdaDunyam``
maraqli meqaledir,tewekkurler
11 iyun 2015 16:22
7
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
Offline
Aristocratic
La ilahi illallah Muhammadin Resullah
11 iyun 2015 15:56
6
Gulun tikani var deyib uzulmekdense tikanin gulu var deye sevinin
Offline
ayka95
tesekkurler maraqli xebere gore
11 iyun 2015 14:30
5
Offline
BARBI
Peygemberimiz haqda cox oxumusam. Bu barede melumatim var
11 iyun 2015 11:54
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Fialka
Bu haqda elədə məlumatlı deyildim, bilmək maraqlı oldu, Allah razı olsun.
11 iyun 2015 11:45
3
Offline
teri meri
təşəkkürlər maraqlı və faydalı xəbərdi
11 iyun 2015 11:37
2
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
Offline
Ayselina
Nə gözəl çox bəyəndim. .Sizdən Allah razi olsun. Peygəmbərimiz haqda belə gözəl məlumatlar paylasib bizi dini nöqteyi nəzərdən maarifləndirdiyiniz üçün .
11 iyun 2015 11:18
1
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv