Dedim: Sən kimsən? Dedi: Əlhəmdülillah səninəm!.

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 5 544
Səs ver:
(səs: 9)
Allah ilə olduqdan sonra, ömürdə xoşdur ölümdə ..

Çarəsizlik "Allahdan" gələn ən gözəl işarədir ...
Duanın vaxtının gəldiyini göstərər ...
Süzülürsa gözündən yaşlar, hüzünlüdürsə gözəl üzün ...
Rəbbin sənin üçün darıxmış, səsini eşitmək istəmiş deməkdir ...

Yalnızlığın ən pisi, səni anlamayanlar arasında qalmaqdır ..

Nə qədər acıdır insanın təsəllini içkidə, qumarda axtarması.
Çoxmu çətindir əlini səmaya qaldırıb Rəbbinə yalvarması? ..

Birini sevirsinizsə Onu Allahdan istəyin.. Qəlblər Allahın əlindədir..

Uzaqlıq deyib də dərd etdiyin nədir ki,
Biz Yaradanı görmədən sevmədikmi?

Ümid verib, yarı yolda buraxdığın insanın könül sədəqəsini hər iki dünyada da verə bilməzsən..

Ey könül ...!
Haqqa aşiq olmayanın,
Eşqə haqqı ola bilərmi??

Kədərlənmə, sevməyən getsin.
Dua et, Rəbbim səni tərk etməsin. O tərk etsə o zaman bitərsən ..

Göndərənin adı bəllidirsə, gələn acıya səbr etmək necə bir ləzzətdir, daddınmı heç ...?

Eşqi yaşamaq istəyirsənsə,əvvəl "yaşamağı" öyrənəcəksən.!
Gözəl günlər sənə gəlməz, sən onlara gedəcəksən.

Kədərlənmə!
Ayağına batan tikanlar, axtardığın gülün xəbərçisidir ..

Xoşbəxtliyi səndə tapan sənindir, sonrası qonaqdır..

Ölüyə qarşı eşq əbədi ola bilməz. İnsan ölüncə eşq bitər. Sən əbədi diri olana aşiq olmağa çalış ..

Görünüşə aldanma, çünki heç bir şey göründüyü kimi deyil.
Bu gün həyat verən su, sabah sizi boğa bilər..

Yuvadaki xoşbəxtliyin şifrəsi: Sevgi, hörmət, vəfa və səbirdir..

Sən yerdə olanlara mərhəmət et ki,göydə olan da sənə mərhəmət etsin!
Səndən aşağı olana acı ki, səndən üstün olan da sənə acısın ...

Səbr et ki ,hər şey hiss etdiyin qədər dərin və sonsuz olsun.
Səbr et ki ,hər şey ürəyincə olsun..

Kimsə tam mənasıyla səndə səni tapa bilməyəcək. Gücün çatmayacaq hər hansı bir dildə özünü tam mənasıyla izah etməyə, gördükləri ancaq öz anladıqları qədər olacaq ...
 
Sənə bir dua edən olsun, sənində bir dua etdiyin!
Bilməzsən hansı qırıq könlün duasıdır qaranlıqlarını işıqlandıran, sənə gözləmədiyin qapılar açan ..
Bilməzsən kimin üçün etdiyin duadır, səni belə ayaqda tutan!

Yolunda fədakarlıq etmədiyin sevgini, ürəyində taşıyıb da özünə yük etmə..

Bir insan bilmirsə nə istədiyini, həm səni ziyan edər, həm özünü ...
Dibini görmədiyin suya girmədiyin kimi, sonunu bilmədiyin sevgiyə də təslim etmə özünü!

Canı Canana təslimə hazır deyilsənsə kimsəyə "mən aşiqəm" demə ..
(səs: 9)
Şərhlər: 12
Baxılıb: 5 544
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri