Eşqim SƏN ol Allahım

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 694
Səs ver:
(səs: 1)
.Sənsən hər vaxt yanımda olan, dar zamanlarımda ürəyimin əks-sədalarını eşidən...

Sənsən qaranlıqlar ortasında bütöv ay kimi ürəyimə doğan...

Sən məndən cansan, Sən həyatıma mənasan...

Özüm Sənsən, təbəssüm etdiyimdə Sən mənim gülümsəməmsən...

Sən mənim ürəyimsən, məni həqiqi sevənsən...

Əllərimin, gözlərimin, ürəyimin memarı...

Hər bir zərrəmin naxışlarında sənətindən bir əlamətəm...

Gözlərimə nurundan işıqlar verməsəydin, bu kainat cədvəlini görə bilməzdi gözlərim...

Gözlərimə ağlamaq nemətini verməsəydin dostluğundan bixəbər qalacaqdım...

Səttar adınla örtdün ayıblarımı, Təvvap adınla hər dəfə qəbul etdin tövbələrimi...

"Yenə Gəl" dedin, təkrar Sənə gəldim...

Vədud olan Sənsən, sevən Sənsən. Səndən başqa kimim var ki qapısına gedim?

Eşqinlə əhatə et eşqindən məhrum qalmış ürəyimi... 

Ey əllərimdən tutanım. Sənə qovuşmaq üçün çıxdığım bu sevdalı səfərdə, çuxurlar çıxarma qarşıma...

Ey fağır ürəyimin Rəhməti sonsuz sevgilisi! Məni Sənə sürünərək deyil qaçaraq gətir...

Uzatdım əllərimi, buraxma məni. Dayağım sahibim Sən ol...

Ayım-günəşim, gözyaşım-təbəssümüm Sən ol...

Eşqim Sən ol... ALLAHIM...!
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 3 694
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri