Allahın varlığına inanmayana möhtəşəm cavab

Müəllif: yasemin
Şərhlər: 10
Baxılıb: 2 918
Səs ver:
(səs: 3)
Allahın varlığına inanmayana möhtəşəm cavab

Bir kişi saçını səliqəyə salmaq üçün bərbər yanına getdi.Bərbər işə başlarkən müxtəlif mövzudan söhbətlər açdı və bir müddət gözəl söhbət etdilər.Birdən Allah ilə əlaqədar bir mövzu açıldı.

Bərbər dedi:

-Mən sənin söylədiyin Allahın varlığına inanmıram.

Kişi: Nə səbəbə? –deyə soruşdu.

Bərbər: Səbəb çox sadədir.Bunu görmək üçün çölə çıxmalısan.Əgər Allah həqiqətən olsaydı, bu qədər çox problemli, çətinlikli, xəstə insan olardımı? Tərk edilmiş uşaqlar olardımı? Əgər Allah ols aydı, heç kəsi üzməz, heç kəsə əziyyət verməzdi.Əgər Allah olsaydı bu cür şeylərin olmasına icazə verməzdi.

Kişi bir an dayandı və düşündü, amma gərəksiz bir mübahisə etmək istəmədiyi üçün cavab vermədi.Bərbər işini bitirdikdən sonra kişi çölə çıxdı.Həmin vaxt prospektdə uzun saçlı və saqqallı bir adam gördü. Adamın saçı o qədər dağınıq idi ki, uzun müddət bərbər yanına getmədiyi aydın görünürdü. Kişi geri dönüb, həmin bərbərin yanına qayıtdı və dedi:

-Bilirsənmi nə var, məncə "bərbər” adlı bir şey yoxdur.

Bərbər:-Necə yəni yoxdur?! Mən burdayam, özü də bərbərəm.

Kişi:-Xeyr. Əgər "bərbər” olsaydı, prospektdə gedən uzunsaçlı və saqqallı adamlar olmazdı.

Bərbər: Hmm. Bərbər adlı bir şey var.Amma o insanlar mənə gəlmirsə, o demək deyil ki, bərbər yoxdur. O insanlar mənə gəlmirsə, mən nə edə bilərəm ki? Bu onların problemidir.

Kişi: Doğrudur.Demək Allah vardır və insanlar ona tərəf gəlmirsə, o demək deyil ki, Allah yoxdur! Sadəcə bu onların problemidir.
(səs: 3)
Şərhlər: 10
Baxılıb: 2 918
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri