Oruc tutmağın tibbi faydası

Müəllif: NoName
Şərhlər: 10
Baxılıb: 670
Paylaş:
Səs ver:
(səs: 2)
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).

Şübhəsiz, insan orqanizminin ən mühüm tələbatlarından biri də yeməkdir. Lakin nəzərə almaq lazımdır ki, yeməyə çox aludə olmaq nəinki xeyirli, əksinə, çox zərərlidir. Hədislərdə buyurulur ki, normadan çox yemək qəlbi daşlaşdırır, şəhvət hissini gücləndirir və insanı Allaha ibadətdən uzaqlaşdırır. Həzrət Məhəmməd Peyğəmbər (s) buyurmuşdur ki, çox yemək bütün dərdlərin mənbəyi, az yemək isə dərmanların ən əsasıdır. Ona görə dinimiz müsəlmanları az yeməyə, aclıq hiss eləmədən yeməməyə, süfrədən yarıtox halda qalxmağa çağırır
Bu baxımdan deyə bilərik ki, bəzi xəstəlik və bəlaları məhz oruc vasitəsilə sağaltmaq olar. Ramazan ayı sanki müsəlmanın bir aylıq müalicə kursudur
Məlumdur ki, insan orqanizmində şəkər, yağ və zülal maddələri ilə təmin edilmək üçün ehtiyat mənbələri mövcuddur. Onların işə düşməsi nəticəsində bədəndəki orqanların yenidənqurma prosesi gedir. Alimlər sübut etmişlər ki, oruc tutmaqla orqanizmdəki həmin ehtiyat qüvvələr işə düşür. İnsanın həzm sistemi dincəlir və özünü yeniləşdirir. İl ərzində fasiləsiz olaraq işləyən, bədəndəki yağları həzm edən ödü hazırlamaqdan tutmuş, bir çox digər funksiyaları yerinə yetirən qaraciyərə kimi orqanlar dincəlir, köhnə maddələri buraxıb lazımi yeni maddələr qəbul edir.
Oruc tutmaq nəticəsində bağırsağın selikli qişasındakı bəzi köhnə hüceyrələr məhv olur, yenilər yaranır. Selikli qişa təzələndiyi üçün həzm prosesi də yaxşılaşır.
Tibb elmləri doktoru, professor Faiq Cəfərov orucun tibbi faydaları haqqında belə deyir: «Oruc qanyaradıcı orqanlara da müsbət təsir edir. Belə ki, bu orqanlar gün ərzində normadan artıq qida qəbul edəndə yüklənir, ona görə də funksiyaları pozulur. Ancaq bədən az qida qəbul edəndə qanyaradıcı orqanlar da öz fəaliyyətini təzələyir. Orucluğun bir ay davam etməsində də qanunauyğunluq var. Rəsmi təbabətdə, xüsusilə, mədə-bağırsaq xəstəliklərində pəhriz 24-28 gün təyin olunur»
Oruc dalaq, ürək, qan-damar sisteminin yeniləşməsinə, ifrazat sisteminə də müsbət təsir göstərir. İfrazatla bağlı əsas orqan olan böyrəklər çox qida qəbul edərkən yüklənir və «yorulur». Oruc tutmaq nəticəsində böyrəklər dincəlir və norma fəaliyyətini bərpa edir. Oruc tutmaq maddələr mübadiləsi zamanı orqanizmdə toplanmış zərərli maddələrin bədəndən asanlıqla çıxmasına şərait yaradır; nəticədə orqanizm tullantılardan və toksik maddələrdən təmizlənir.
Azərbaycan Respublikasının baş psixiatrı, tibb elmləri doktoru, psixiatr Ağabəy Sultanov orucluğun insan psixikasına müsbət təsirini belə ifadə edir: «İnsan gördüyü işdən həzz almalı və qənaətbəxş olmalıdır. Mənim uşaq yaşlarımdan yadımdadır ki, nənəm necə oruc tuturdu. Oruc tutulan evdə bərkdən danışılmaz, sakitlik və mehribançılıq olar. Axşam iftar süfrəsi arxasında əyləşmiş insanların əhval-ruhiyyəsi çox yüksək olur. Çünki onlar bilirlər ki, böyük və əhəmiyyətli bir iş görüblər, bu işi Allah rizası və Allaha itaət məqsədilə icra ediblər. Bütün bunlar insan mənəviyyatının, ruhunun gözəlləşməsinə təsir edir. Ramazan ayı başa çatdıqdan sonra insanlar bayram edir, bir-birinə qonaq gedir və gözaydınlıq verir. Beləliklə, orucluq insan psixikasına müsbət təsir göstərir, insan rahatlıq tapır. Oruc tutan insanın beyni daha güclü işləyir və daha qüvvətli olur. Çünki mədə gün ərzində boş qaldığı üçün beyin orqanizmin öz daxili imkanları, qanı hesabına təmizlənir. İnsanın təfəkkürü daha açıq olur, yaddaşı yaxşılaşır, o, daha sərrast hərəkət edir və danışır. İnsan beyni qanla yaxşı təmin olunur»
Burada qeyd etmək yerinə düşər ki, hətta qeyri-müsəlman tibb alimləri də bu fikri müdafiə etmişlər ki, oruc – ən yaxşı dərmanlardan biridir. Məşhur rus alimi Aleksey Soforin «Müalicənin yeni üsulu - oruc» kitabında yazır: «Orucla müalicə elə ecazkardır ki, onun vasitəsilə praktiki və cərrahi müalicənin proqram və metodları köklü surətdə dəyişiləcəkdir. Çünki oruc tibb elminin qarşısında yeni yollar açır».

loading...
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 670
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Catwoman666
orucun tibbi faydalari cooxdur. amma men oruc tutmuram
12 iyul 2015 04:40
10
Viking
Offline
efsane..
bizi Yaradan bizi bizdende yaxsi taniyir ve xeyirli olani emr edir
10 iyul 2015 19:29
9
Offline
aliceWOnDer
Kecen gun cox pis oldum, rengim sapsari oldu, acmaq mecburiyyetinde qaldim..
10 iyul 2015 18:04
8
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
vipbetul
Rebbim her bir quluycun her zmana isderki xeyirli bir seyler nesib etsin Orucda onlarin basinda hem emelimizi pak edir hem saliqimzi qoruyur
10 iyul 2015 15:08
7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
qanadli melek
Orucun orqanizme bele xeyri oldugunan xeberim yoxuydu
10 iyul 2015 11:55
6
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
Nur k-off
11 ay ye ic bir az da medeye istirahet vermek lazimdir
10 iyul 2015 11:44
5
SVETA
Offline
yarpaq33
Allah bilir her weyin en yaxwisini bendeleri ucun
10 iyul 2015 10:26
4
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Offline
aziz a
Allah Teala bendeleri ucun xeyrili olani buyurub.Hemd olsun...
10 iyul 2015 09:13
3
Rebbim kömek olsun cümlemize Amin
Offline
BARBI
Oruc tutma bir nov detoksdur. 1 ay boyunca orqanizm temizlenir.
10 iyul 2015 08:34
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Nergizz
bu oruc tutan kiwilere daha cox xeyri olar,cunki biz qadinlar arada pozmali oluruq,o da 5,8 gun cekir,onunda xeyri az olur,ama 1 ayi tam oruc tutsan xeyrlisi cox olar,,twkur bacim xebere gore,
10 iyul 2015 07:20
1
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv