Oruc və onun qaydaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 6 560
Səs ver:
(səs: 4)
İslamın 5 şərtindən biri orucdur. Oruc bədən ilə edilən ibadətdir, bədən ilə edilən ibadətləri heç kim bir başqasının yerinə edə bilməz. Kimsə, başqasının yerə namaz qıla, oruc tuta bilməz. Ramazan ayında oruc tutmaq insanlara fərz (Allahın əmri) qılındı. Oruc bir müddət ərzində yemək, içmək, cinsi münasibətin tərk edilməsidir. Bundan başqa oruc yalnız mədəyə tutulan bir ibadət deyil, oruclu insan yalan, qiybətdən, söyüşdən qaçmalıdır, oruclu insan kiminləsə dava etməkdən də çəkinməlidir..

Orucun şərtləri:
Oruc kimlərə fərzdir:

Müsəlman olanlara: İslam dinində olmayanlara bu ibadət fərz deyil..
Həddi buluğa çatanlara: Oğlanlar 12 yaşdan, qızlar heyz başlanan andan oruc tutmalıdır..
Ağıllı olanlara: Dəlilərə oruc fərz deyil..
Heyz və nifas olan qadınlara bundan təmizlənənə kimi oruc tutmaq olmaz..
Orucun ədası (vaxtında tutulması) və qəzası (başqa vaxt tutulması):
Ramazan ayında oruc tuta bilməyənlər başqa bir zaman oruclarını tuta bilərlər.

Orucu kimlər qəza edə bilər:
Xəstələr: Oruc tutmasının çox zərərli ola biləcəyinə dair (müsəlman) həkimin göstərişini alan insan orucunu xəstəliyi keçəcək zamana saxlaya bilər.
Səfərə çıxanlar: Səfərə çıxanlar oruclarını qəza edə bilərlər, amma İmam Əbu Hanifə buyurur ki, səfərə çıxan insan oruc tutmağa gücü varsa, tutsun, çünki Allah: "Oruc tutmağınız sizin üçün daha xeyirlidir” (Baqara2/184) buyurdu.
Yaşlılar: Oruc tutmaq əvəzinə 30 gün bir yoxsulu yedirməli, ya 1 gün 30 yoxsulu yedirməlidir, amma oruc tutmağa gücü yetirsə, tutmalıdır.
Hamilə və südəmər uşağı olan qadınlar uşağın həyatı üçün narahat olarsa, oruc tutmaya bilər. Sonra orucunu qəza edər..
Orucun vaxtı.
Oruca sübh azanı ilə niyyət edilir, axşam azanı ilə açılır.
Sahura (səhər yeməyinə) qalxmaq, sahuru gecikdirmək (yəni son ana kimi, azana kimi yemək, öncədən yeyib azanı gözləməmək), iftara (orucu açmağa) tələsmək (yəni azan verilən kimi orucu açmaq) Rasulullahın (sas) əmrlərindəndir. Bundan başqa azan verilən kimi öncə yemək, sonra namaz qılmaq gərəkdir, çünki aclıq insanın fikrini namazdan yayındıra bilər. Xurma ilə, yaxud su ilə orucu açmaq sünnədir. İki orucun birləşdirilməsi yaxşı hal deyil, iftar etmək şərtdir..

Orucu pozmayan hallar:
Unudaraq yemək, içmək: Oruclu olduğunu xatırlayan kimi ağzındakını udmamamaq, tövbə edib oruca davam etmək gərəkir.
Yuxuda ihtilam olmaq..
Qusmaq: Məcburi qusmaq orucu pozmaz, amma istəyərək qusmaq pozar (bu zaman miqdar da önəmlidir)
Cinsi münasibətdən sonra qüsl almayan bir insan oruc tuta bilər, amma namaz qılması üçün qüsl alması lazımdır, oruclu halda qüsl almaq olar.
Ağızda olan tüpürcəyin udulması.
Qadın yeməyin duzuna dilinin ucuyla baxa bilər.
Sahura qaxlamayan kimsə, oyandığı zamandan boğazından heç nə keçməyibsə, o an niyyət edib oruc tuta bilər..
Orucu pozan kəffarət gərəkdirən hallar:
Kəffarət: Pozulan bir günlük oruca ardıcıl 60 gün oruc tutmaq..
Bilərək yemək, içmək.
Cinsi münasibət.
Siqaret çəkmək.
Kəffarət yalnzı Ramazan orucunda var, digər oruclara kəffarət yoxdur..
Orucu pozan, yalnzı qəza gərəkdirən hallar:
Ağızı, burunu yuyarkən suyun boğazdan aşağı keçməsi. Bundan başqadigər sular, yağış, qar boğazdan keçərsə, oruc pozulur.
İynə, dərman qəbul etmək.

Allah oruclarınızı qəbul eləsin!
(səs: 4)
Şərhlər: 7
Baxılıb: 6 560
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri