Quran izdivacın həqiqi mehriyyəsi olur

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 610
Səs ver:
(səs: 0)
Həzrət Baqir (ə) buyurmuşdur: «Bir qadın həzrət Peyğəmbərin yanına gəlib, «Məni ərə verin»-deyə ərz etdi. Həzrət Peyğəmbər (s) üzünü camaata tutub, buyurdu: «Sizin hansınız bu qadını qəbul etməyə hazırdır?» Bir kişi ayağa duraraq dedi: «Mən». Həzrət (s) buyurdu: «Mehriyyə üçün nə verirsən?» Kişi «Bir şeyim yoxdur»-deyə cavab verdi. Həzrət buyurdu: «Mehriyyəsiz olmaz». Rəsulullah yenə təklifini təkrar etdi. Lakin həmin kişidən qeyrisi cavab vermədi. Həzrət (s) üçüncü dəfə də soruşdu. Sonra kişiyə buyurdu: «Qur᾽andan bir şey bilirsənmi?» O, «Bəli»-deyə cavab verdi. Həzrət (s) buyurdu: «Bu qadını - Qur᾽andan bildiyin qədəri öyrətməyin qarşılığında - sənə ərə verirəm».
İmam Rza (ə) buyurmuşdur: «Hər hansı bir mö᾽min digər mö᾽min qardaşının ailəsinə elçilik etsə və mehriyyə olaraq beş yüz dirhəm ödəsə və «mehriyyə azdır»-deyə qəbul etməsələr, ona zülm ediblər. Onlar Allah tərəfindən Huril-eyndən məhrum olunmağa layiqdirlər.» (Bihar, 103-cü cild, səh-348.)
Ümmi-Səlim İslamın ilk dövrlərinin qadınlarından və əsilli-nəsilli ailəyə mənsub idi. Ona elçilik edən gəncin müsəlman olmasını mehriyyə olaraq istədi. Bu həmin qadındır ki, övladı ölərkən ərinə təsəlli verdi və fəryad etməyə qoymadı. Allah-təala bu səbri qarşılığında ona gələcəkdə Əlinin (ə) dostlarından olan bir övlad verdi.
Kəramətli qızlar bu məsələyə diqqət yetirməlidirlər. Özlərinə uyğun olan bir şəxs onlara elçi göndərdikdə, ailələri izdivac məsələsini, xüsusilə də mehriyyə məsələsini çətinləşdirərlərsə, olduqca ədəb-ərkanlı şəkildə öz ailələri qarşısında dayanmalı, Haqq maarifini onlara çatdırmaqla ailələrini bu əməllərdən çəkindirməlidirlər. Çünki aza qane olmaq ilahi övliya və ənbiyaların əxlaqi sifətlərindəndir.
Həzrət Peyğəmbər (s) öz qızının həzrət Əliylə (ə) izdivacında çox az mehriyyə tə᾽yin etdi ki, bütün ümmətə nümunə olsun. Əziz ailələrin izdivac, xüsusilə də mehriyyə məsələsində öz Peyğəmbərlərinin etdiklərinə tabe olmaları zəruridir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 610
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri