İzdivacda qadın və kişinin azadlığı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 336
Səs ver:
(səs: 1)
Valideynlər diqqət yetirməlidirlər ki, həyat yoldaşı seçmək hüququ İslamın göstərdiyi şəkildə övladın özünə aiddir. Valideynlərin, övladını onun bəyənmədiyi bir qızla evləndirməyə haqqı yoxdur. Onlar qızlarını da zorla onun bəyənmədiyi bir şəxsə ərə verə bilməzlər. Çünki övladları izdivac məsələsində Haqq tərəfindən verilmiş bir azadlığa malikdirlər.
Bir rəvayətdə ailə qurarkən seçim haqqında belə buyurulur: «İbn Əbu Yə᾽fur deyir: «İmam Sadiqə (ə) ərz etdim: «Mən ailə qurmaq üçün bir qız seçmişəm, valideynlərim isə digərini. Belə olan halda mənim vəzifəm nədir?» İmam Sadiq (ə) buyurdu: «Özün sevdiyinlə ailə qur, valideynlərinin seçdiyinə əhəmiyyət vermə». (Bihar, 103-cü cild, səh-235.)
Böyük şiə mərcəi-təqlidlərinin risalələrində izdivac fəslində oxuyuruq: Əgər qız üçün şər᾽ən və ürfən özünə uyğun bir oğlan tapılar, onunla ailə qurmaq istədiyi bir vəziyyətdə valideynləri mane olar və ya bu işi çətinləşdirərlərsə, belə olan surətdə onların icazəsi lazım deyildir.»
Buna əsasən, bir qızı özünə uyğun bilən oğlan və ya bir oğlanı özünə uyğun bilən qız, valideynlərinin razılığı olmadan İslamın icazəsi, Haqqın razılığı ilə ailə qura bilərlər.
Valideynlər həva-həvəslərini kənara qoyaraq, sinfi və tayfa maraq və prinsiplərini öz övladlarının izdivac məsələsində büruzə etdirməməlidirlər. Onlar bilməlidirlər ki, İslam dinində zülm və zülmü qəbul etmək haramdır.

Do ruyeye zire nişe mar xoftən,
Do poşteye ruye nişe mur rəftən.
Təne ruğən zəde ba zəhmətu zur,
Miyane laneye zənbur rəftən.
Miyane lərzu təb ba cisme məcruh,
Zemestan zire abe şur rəftən.
Be kuhe bisutun bi rəhnmayi,
Şəbane ba do çəşme kur rəftən.
Be nəzde mən hezaran bar behtər,
Ke yek co zire bare zur rəftən.
Mə᾽nası:
İlanın dili altında üzüqoylu yatmaq,
Qarışqanın ağzının üstünə getmək,
Ağır zəhmətlə yağlanmış bədənlə,
Bal arısının yuvasının arasında gəzmək,
Yaralı bədənlə qızdırma və titrətmə içində,
Qışda şor su altına girmək,
Gecə vaxtı iki kor gözlə
Bələdçi olmadan Bisutin dağına getmək
Mənim üçün bir zərrə olsa belə,
Zülm altına getməkdən min dəfə yaxşıdır.

Qadın və kişi şər᾽i işlərin seçimində də müstəqil və azaddırlar. Onların işlərinin məhsulu özlərinə məxsusdur. Onlar öz gəlirlərinin tam, qanuni malikidirlər. Kişi qadının icazəsi olmadan onun malına, qadın da kişinin icazəsi olmadan onun malına toxuna bilməz. Qadın və kişinin müstəqilliyi mütləq həyatın bütün sahələrində qorunmalıdır.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 336
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri