Ev insanın xoş əxlaq, mehriban olması və düzgün tərbiyə alması üçün ilk məktəbdir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 682
Səs ver:
(səs: 1)
Ev şəraiti uşaqların bir-birini düşünmək, məhəbbət, güzəşt və səfa-səmimiyyəti dərk etmələri üçün ilk insaniyyət sinfi olmalıdır ki, bütün bu sadaladıqlarımız orada öyrənilir. Evi ata-ananın dava-dalaş məskəninə çevirmək düzgün deyildir, çünki bu iş, uşaqların ən ümdə və mühüm olan mütləq hüququnu aradan aparır. O zaman övladlarınıza olan birinci böyük zülm öz tərəfinizdən hesab olunmazmı? Onların bədbəxt olmaları öz əlinizlə olmamışdırmı?!
Ata və ana ayıq surətdə, diqqət etməlidirlər ki, onların evdəki kiçik bir əməl və ya rəftarı uşaqların tərbiyəsinə birbaşa tə`sir qoyur. Övlad şəxsiyyətinin formalaşmasının ev mühitindən başlaması bir həqiqətdir. Əgər bu mühüm məsələdə süstlük göstərsək, aşağıda qeyd olunan Qur`an ayəsi bizə aid olacaqdır:
"Ey Peyğəmbər, de: O kəslər ziyan-kardırlar ki, özləri və yaxın adamlarını (həyat yoldaşı və övladlarını) Qiyamət günü əbədi zərər və ziyana salarlar. Agah olun! Bu aşkar bir ziyandır.”( "Zumәr” surəsi, аyә:15)
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 682
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri