Hz. Məhəmməddən (s.ə.s) Sual-Cavab

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 755
Səs ver:
(səs: 3)
Sual: Ey Allahın Rəsulu, bizə peyğəmbərlər haqqında danışın. Deyiniz görək dünyaya neçə peyğəmbər gəlib və onların neçəsi mürsəldir, neçəsi nəbidir? Söyləyin görək onların neçəsinin kitabə və əl yazması bizə gəlib çatıb?
Cavab: Həzrət Peyğəmbər (s.ə.s) cavab verərək, buyurur. Allah yer üzünə 124 min peyğəmbər gündərib. Onların 313-çü mürsəldir, yəni Allahın rəsulu, elçiləridir. Yerdə qalanlar isə Nəbilərdir, yəni xəbər verənlərdir.O peyğəmbərləri Allahın rəsulu adlandırmaq olar ki, Cəbrail, onlarla söhbət etmiş, onlara peyğəmbərlik verilməsi xəbərini gətirmişdir. Mənimlə (yəni Hz.Muhamməd (s.ə.s)) birlikdə belə peyğəmbər 313 nəfərdir. Dediyim 313 nəfərin 25-i o peyğəmbərlərdir ki, Allah-Təala müqəddəs kitabda- Quranda onların adını çəkir. Bu elçilərdən 25-cisi, Quranda deyildiyi kimi zəmanənin sonuncu peyğəmbəri mənəm (yəni Hz.Muhamməd (s.ə.s)). Quranda adları çəkilən 28 peyğəmbərdən yeddisinə kitab və lülə halında bükülmüş kağız, yəni risalə nazil olub. Bunlardan birincisi Şeys peyğəmbər, ikincisi İdris peyğəmbər, üçüncüsü İbrahim peyğəmbər, dördüncüsü Musa peyğəmbər, beşincisi Davud peyğəmbər, altıncısı İsa peyğəmbər, yeddincisi isə mənəm. Allah-təala bütün peyğəmbərlərin içərisində məni, bütün peyğəmbərlərin ardıcılları içərisində mənim ümmətimi xüsusi olaraq fərqləndirmişdir. Qiyamət günü Cənnətə mənim ümmətimdən qabaq heç kəs girməyəcək. Cənnət çayı – Kövsərin suyu və təmiz içkiləri mənim ardıcıllarımın ixtiyarında olacaqdır. Mənim ardıcıllarım başqa peyğəmbərin ardıcıllarına da içkilər paylayacaqlar. Bütün söhbətlərdə müsəlmanlara üstünlük veriləcəkdir. Belə bir üstünlük əbədi olaraq müsəlmanlara olacaqdır
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 2 755
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri