Ramazan ayı haqqında bilmədiklərimiz

Müəllif: my_angel
Şərhlər: 2
Baxılıb: 2 795
Səs ver:
(səs: 2)
Ramazan Qəməri aylardan doqquzuncusunun adıdır. Bu ay müsəlmanların oruc tutmaqla mükəlləf olduqları, dinimizcə uca və müqəddəs qəbul edilən bir aydır. Ramazan, ərəbcə bir sözdür. Bu mübarək aya Ramazan adının verilməsindəki hikmət belə ifadə olunmuşdur:

1- Yaz sonunda, payız mövsümünün əvvəlində yağıb yer üzünü tozdan təmizləyən yağış mənasına "ramda" sözündən alınmışdır.

Bu yağışın yer üzünü təmizlədiyi kimi, Ramazan ayı da möminləri günah çirklərindən təmizləyər. Necə ki bir hədis-i şərifdə Peyğəmbər Əfəndimiz (s.ə.s); Kim inanaraq və alacağı savabı Allahdan gözləyərək Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar" (Buxari, Savm, VI) buyurmuşdur.

2- Günəşin şiddətli hərarətindən daşların yanıb qızması mənasına olan "ramad" sözündən alınmışdır. Belə qızğın yerdə gedənin ayaqları yanar, zəhmət və məşəqqət çəkər. Bunun kimi oruc tutan kimsə də aclıq və susuzluğun hərarətinə dözər, məşəqqət çəkər, içi yanar. İsti torpaq orada gedənlərin ayaqlarını yandırdığı kimi, Ramazan da möminlərin günahlarını yandırar, yox edər.

Ramazan ayına "on bir ayın sultanı" deyilmişdir. Bu ayın xüsusiyyətlərini belə sıralaya bilərik:
1- Quran-ı Kərimdə adı açıq olaraq keçən tək ay Ramazan ayıdır. 2- Quran-ı Kərim bu ay içərisində endirilmişdir. Uca Rəbbimiz; Ramazan ayı elə bir aydır ki, insanlara doğru yolu göstərən, hidayəti və haqqı batildən ayırmağı açıqlayan Quran, bu ayda endirildi" (əl-Bəqərə, 2/185) buyurmuşdur.
3- Quran-ı Kərimdə, "min aydan daha xeyirli" olduğu ifadə olunan Qədr gecəsi bu ay içərisindədir.

4- Dinimizin beş təməlindən biri olan oruc ibadəti bu ayda üzərimizə fərz qılınmışdır. Quran-ı Kərimdə; "Sizdən kim bu aya çatdırsa oruc tutsun" (əl-Bəqərə, 2/185) buyurular. Ramazan ayı girincə şərtlərini daşıyan kəslərə oruc fərz olar. Ramazarı ayının girməsi iki vəziyyətdən biriylə sabit olar: a- Ramazan ayparasının görülməsiylə (Ru'yet-i Aypara), b- Aypara hər hansı bir səbəbdən ötəri görülə bilməzsə, Şaban ayı otuza tamamlanaraq Ramazan orucuna başlanar. Peyğəmbər (s.ə.s) bu mövzuda belə buyurmuşdur: "Ramazan ayının ayparasını görüncə oruc tutun (Şəvval ayının) ayparasını görüncə iftar edin, oruc tutmağı buraxın. Əgər göy üzü bağlıdırsa Şaban ayının günlərini otuza tamamlayın" (Buxari, Savm, 5,11)

5- Fitrə sədəqəsi vermək bu aya məxsus bir ibadətdir

6- Təravih namazı da bu aya məxsus ibadətlərimizdəndir. Əbu Hüreyrə (r.a)dan belə rəvayət edilmişdir: "Rəsulullah (s.a.s)ın Ramazan haqqında belə buyurduğunu eşitdim: Kim inanaraq və savabını ümid edərək Allah razılığı üçün təravih namazı etsə keçmiş günahları bağışlanar" (Buxari, təravih, I)

7- İtikafa girmək: Ramazan ayının son on günündə itikafa girmək sünnədir. Peyğəmbər (s.ə.s) Ramazanın son on günündə daha çox ibadət və taətdə olardı. Hz. Aişə anamızdan belə rəvayət edilmişdir: "Rəsulullah (s.ə.s) Ramazan ayının son on günü girincə əlini ətəyini toplar, gecəni canlandırar və ev xalqını oyandırardı" (Buxari, Qədr, V) Yenə Hz. Aişə (r.ə.) dan belə rəvayət edilmişdir: Peyğəmbər (s.ə.s) Ramazanın son on günündə vəfatına qədər itikafa girdi.

8- Ramazan ayında Quran-ı Kərimi oxumaq, xeyr əməllər etmək: İbn Abbas (r.ə.) dan belə rəvayət edilmişdir: "Rəsulullah (s.ə.s) insanların ən cömərdi idi.

Onun bu cömərdliyi Ramazan ayı girib də özüylə Cəbrayıl (ə.s.) qarşılaşdığı zaman daha da artardı. Cəbrayıl (ə.s.) Ramazan ayı çıxana qədər hər gecə Rəsulullah (s.ə.s) ilə görüşüb, Rəsulullah (s.ə.s) Quranı oxuyardı. Rəsulullah (s.ə.s) Cəbrayıl (ə.s) ilə görüşdüyündə insanlara rəhmət gətirən küləkdən daha comərd, daha faydalı olardı" (Buxari, Savm, 7)
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 2 795
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri