Dostlarla, rəfiqələrlə, qohumlarla görüşərkən öpüşmək orucu pozarmı?

Müəllif: my_angel
Şərhlər: 7
Baxılıb: 3 138
Səs ver:
(səs: 5)
Dostlarla, rəfiqələrlə, qohumlarla görüşərkən öpüşmək orucu pozarmı? Burada məhrəmlə naməhrəm arasında fərq varmı?
Oruc adamın başqası ilə öpüşüb görüşməsi orucu pozmaz. Burada məhrəmlə naməhrəm arasında fərq yoxdur. Əlbəttə, naməhrəm adamların istər orucluq zamanı, istərsə də başqa vaxt öpüşməsi böyük günahdır. Ramazan ayında öz həyat yoldaşını da öpmək orucu pozmaz. Orucu pozan əməl həyat yoldaşları arasında cinsi əlaqənin baş verməsidir.

Müsəlman olmayan birinin tutduğu və ya bişirdiyi balığı yemək olarmı?
Balığın yeyilmək üçün halal olmasının əsas şərti onun sudan diri halda tutulub çıxarılması və sudan kənarda ölməsidir. Balığı kimin tutması fərq etməz. Qeyri-müsəlman belə, balığı diri halda sudan çıxarsa və balıq quruda can versə, yeyilmək üçün halaldır. Balığın halal olması üçün digər əsas şərt cəfəri məzhəbinə görə onun pulcuqlu olmasıdır. Pulcuqlu balığın əti yeyilmək üçün halaldır. Pulcuqsuz balıqların əti isə cəfərilikdə haram sayılır. Burada da balığı kimin tutması fərq etməz.
(səs: 5)
Şərhlər: 7
Baxılıb: 3 138
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri