Ürəyin heç səcdə edirmi?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 518
Səs ver:
(səs: 0)

http://imgs.su/tmp/2012-01-08/1326016715-302.jpg

Bir həqiqət talibi, yuxusunda "ürəyini səcdə edərkən" görür. Çaşır təbii ki. Heyrətlər içində ürəyinin səcdədən qalxmasını gözləyir, gözləyir, gözləyir. Lakin ürəyi heç cür səcdədən qalxmayır. Nə edəcəyini bilmir, qan tər içərisində yuxusundan oyanır.

Ətrafında nə qədər tanışı bildiyi, güvəndiyi şəxs varsa, onlardan bu yuxunu təbir etmələrini istəyir. Lakin kimsə yuxusunu təbir etməyir. Çünki bu şəxslər, şəxsən təcrübə etmədikləri bir hadisəni (özlərinin görməkdən məhrum olduqları bir yuxunu) şərh etməyi heç də ədəblə mütənasib bilmirlər.

İçlərindən biri, "Filan şəhərdə bir şəxs var, onun yanına get, bəlkə o sənə köməkçi olar" deyir. O da həmin şəhərə gedir. Salam verib zehnini məşğul edən məlum sualı soruşur:

- Ürək səcdə edərmi?"
Şeyx təbəssüm edib bu cavabı verir:
- "Əlbəttə edər; həm də əbədiyyətə qədər!"
Şeyx:

Etmək üçün əvvəl istəmək lazımdır; edə bilmək üçün əvvəl istəməlisiniz.
İstədiyinizi edə bilmək üçün, istəmək çatmaz; edə biləcək gücə də sahib olmalısınız..
İradə və qüdrət! Bunda şübhə yox! İstəyiniz və gücünüz yoxdursa, edə bilməzsiniz çünki.
İstək gücü, güc isə hərəkəti meydana gətirər.
"İbadət" də eynilə "adət" kimi bir cür təkrardır. Bu iki təkrarlama əməliyyatını bir-birindən necə ayıracağıq? Sözgəlişi yeməklərdən əvvəl "əl yumaq" ilə namazlardan əvvəl "dəstəmaz almaq" arasındakı ayrı-seçkiliyi mümkün edən ölçü nədir?
Köhnələr, "ibadət" ilə "adət"i bir-birindən ayırmaq üçün zəruri bir şərtin varlığına işarə etmişlər: "niyyət".
Yəni hərəkətə şüurun yoldaşlıq etməsi.
İbadəti adətdən ayıran bu istiqamətidir; şüurlu edilirsə, hərəkətə bir şüur yoldaşlıq edirsə ancaq, təkrarlanan o hərəkət "ibadət" xüsusiyyətini qazanar.
Niyyətə hərəkət, hərəkət deyil; meyldir yalnız, təmayüldür. Hərəkətin mənası, hərəkətin özündə deyil, hərəkətə keçirən səbəbdə, yəni məqsəddədir. Məqsədini bilmədiyiniz bir hərəkətə məna verə bilməzsiniz.
 

Bir hərəkətə məna verə biliriksə, bu, o hərəkətin məqsədini, yəni hərəkət sahibinin niyyətini bildirir.

Bayəzidi Bistami "İllərlə dayanmadan, usanmadan insanları Allah yoluna dəvət etdim" deyib; "nə qədər zaman sonra arxamı dönüb baxdım. Bir də nə görsəm yaxşıdır, hamısı məni keçib!"

Ürəyin səcdəsi, "üzvlərin səcdəsi" deyil. İnsanın üzvləri, üzü və əlləri səcdəyə gedər. İnsan nə qədər səcdəyə bağlanırsa, o qədər də səcdədən qalxar. Qalxmayacağını bilən neçə adam səcdəyə gedər?
Üzvlər qalxa bildikləri müddətcə səcdəyə bağlanarlar. Ürək isə qalxmamaq üçün və qalxmamaq niyyətiylə səcdə edər. Bir dəfə səcdəyə bağlanan bir daha qalxmaz, qalxmağı istəməz, bacara bilməz.

Ey talib, əsl bacarıq ürəyin səcdəsidir; üzvlərin səcdəsindən məqsəd də ürəyi səcdəyə dəvətdir. Sən bax baxaq, ürəyin heç səcdə edirmi?
"Nədir səcdə?" deyə soruşursan.

Bir dəfə də söyləyim: Səcdə heç olmaqdır, heçləşməkdir. Heçləşmək isə, əsla bir daha qalxa bilməyəcəyin bir şəkildə üz vurmaqdır torpağa!
Sən bu səcdəni, alınlarda deyil, ürəklərdə axtar! Əgər bir ürəkdə belə bir səcdə tapırsansa, heç tərəddüd etmə, üz vuracağın torpağı tapmısan deməli.

O halda qoy ürəyin o ürəyə səcdə etsin!

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 518
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri