İftiranın cəza hökmü

Müəllif: Catwoman666
Şərhlər: 2
Baxılıb: 3 445
Səs ver:
(səs: 0)
Sual: İftiraya görə şəriətdə hansı cəza hökmü nəzərdə tutulur?

Cavab: Həmd Allaha məxsusdur.

"İftira"- bir kəsi zina etməkdə yaxud uşaqbazlıqda ittiham etməkdir. Bu, dilçilik baxımından "iftira" sözü üçün müvafiq təməl mənadır. Mənası güclü ittiham etmək deməkdir. Kim bir insanı zina etməkdə ittiham edərsə yaxud bununla söyərsə (abrını tökərsə) artıq ona iftira etmiş və onu iyrənc, mənfur bir şeylə ittiham etmişdir.

İftira atmaq haram və əslində əgər iftira atılan şəxs ismətli və təmiz (iffətli) biri isə bu halda böyük günahlardandır.

Allah-Təala buyurur: "(Murdar əməldən) xəbəri olmayan ismətli mömin qadınları (zinada) günahlandıranlar dünyada və axirətdə lənətə düçar olarlar.Onları böyük bir əzab gözləyir".[1]

Sədi, rahiməhullah, belə demişdir:

"İsmətli mömin qadınları zinada ittiham edənləri Allah-Təala sərt xəbərdarlıq edərək buyurur: "İsmətli mömin qadınları (zinada) günahlandıranlar", yəni əxlaqsızlıq, pozğunluqdan uzaq olanları; "Xəbəri olmayan"-yəni bu barədə heç ağıllarından belə keçməyən ismətli qadınları. "Mömin qadınları (zinada) günahlandıranlar dünyada və axirətdə lənətə düçar olarlar". Lənət yalnız böyük günahlarda olur.

Lənət təsdiq edir ki, onlara həm bu dünya, həm də o dünyada davamlı lənət olacaq. "Onları böyük bir əzab gözləyir". Ayənin bu hissəsi lənətə əlavə olaraqdır və göstərir ki, onlar İlahi rəhmətdən daha da uzaqlaşırlar və Allahın şiddətli cəzasına düçar olacaqlar.

Nəbi sallallahu aleyhi və səlləm demişdir: "Yeddi həlakedicidən uzaq olun. Soruşdular: "Ey Allahın Rəsulu, bunlar hansılardır? O dedi: "Allaha şərik qoşmaq, sehr, Allahın haqqı ilə öldürülməsi buyurduqları xaric öldürülməsini haram buyurduğu biri cana qıymaq, riba yemək, yetim malını yemək, döyüş meydanından qaçmaq, ismətli və iffətli mömin qadınlara iftira yaxmaq".[2]

əl-Hafiz ibn Həcər, Allah rəhmət etsin, demişdir: "Muubiqət (həlakedicilər kimi tərcümə olunub)" dedikdə böyük günahlar nəzərdə tutulur.

Daimi Heyətin 22/76 saylı Fətvasında deyilir: "Müsəlman birinin qardaşına iftira yaxması qadağandır. Bu, böyük günahlardan biridir. Buna görə tövbə mütləq tövbə edilərək iftira yaxılan insandan halallıq istənilməlidir. Əgər halallıq verməzsə şəriətə görə onun öz hüququnu tələb etmək haqqı var.

Müvəffəq edən Allahdır. Allahın salavatı və salamı Peyğəmbərimiz Muhəmmədə, onun əhli beytinə və səhabələrinin üzərinə olsun.

Şeyx Abd əl-Əziz ibn Bəzz; Şeyx Abd ər-Rəzzaq əl-Əfifi; Şeyx Abdullah ibn Ğudeyyan.

İffətli və ismətli birinə iftiraya görə cəza hökmünün tətbiqi alimlərin yekdil rəyinə görə vacibdir. Buna görə şəriətdə səksən (80) çubuq nəzərdə tutulur. Allah-Təala buyurur: "İsmətli qadınları (zinada) günahlandırıb, sonra dörd şahid gətirməyən kəslərə səksən çubuq vurun və onların şahidliyini heç vaxt qəbul etməyin. Onlar əsil fasiqlərdir".[3]
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 445
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri