Hansı namaz qəbul olunar?

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1312
Paylaş:
Səs ver:
(səs: 4)
Namaz elə bir ibadətdir ki, çox sayda bərəkəti və fəziləti vardır. İmam Sadiqin (ə) buyurduğu kimi, qəbul olan 2 rükət namaz İlahi əzaba mane olar.
düzgün namaz qılmaq bir şeydir, qəbul olan namaz qılmaq - başqa şeydir. Siz ola bilsin ki, yaxşı dərs oxuyasınız, ancaq mühüm olanı - imtahanda uğurlu nəticə əldə etməkdir. Ola bilsin ki, insan namazını həmişə yerinə yetirsin. Lakin namazının zəif olmasına və nöqsanlarına görə qəbul olunmasın. Ola bilsin ki, şagird yaxşı qiymət alsın, lakin əxlaqı və rəftarı müəllimin xoşuna gəlməsin.
Ona görə də namazda əsl meyar - onun qəbul olmasıdır. İmam Əli (ə) buyurur: "Əməli etməmişdən əvvəl onun qəbul olmasına inayət və diqqət edin".
Namaz elə bir ibadətdir ki, misli-bərabəri yoxdur. Namaz üçün buyurulan fəzilətlər başqa ibadətlərdə mövcud deyildir. Namaz 2 cürdür: vacib və müstəhəb. Vacib namazlar o namazlardır ki, gün ərzində müəyyən vaxtlarda qılınar. Onu tərk etmək İlahi əzaba səbəb olar. Müstəhəb namaz isə o namazdır ki, onu yerinə yetirmək vacib deyildir, ona görə dəyəri daha yüksəkdir. Müstəhəb namazlar da iki dəstədir: nafilələrdir ki, onların xüsusi qaydası vardır: gündəlik nafilələr, ata və ana üçün qılınan namaz, istiğasə namazı... İkinci dəstə isə o namazlardır ki, onlar üçün xüsusi qayda təyin edilməmişdir. İki rükət müstəhəb namaz kimi.
İmam Sadiq (ə) namazın məqamı haqqında buyurmuşdur: "Əgər Allah insandan iki rükət namazı qəbul edərsə, ona əzab verməz".
Yəni, qəbul olan namaz insanı İlahi əzabdan qoruya bilir. Hədislərdə oxuyuruq ki, müstəhəb və nafilə namazlar hədiyyə olduğu üçün, hər bir halda qəbul olunur.
Əlbəttə, müstəhəb namaz gərək eşq və İlahi rabitəyə görə yerinə yetirilsin, məcburi deyil. İnsan onu özünə yükləməsin. Əvvəl gərək ürəyi ona tərəf cəzb olunsun və istəsin. Sonra onu yerinə yetirsin. Müstəhəb namazlarda elə şərtlər vardır ki, vacib namazlarda yoxdur. Belə ki, müstəhəb namazı həm ayaq üstə qılmaq olar, həm əyləşən halda. Müstəhəb namazlarda ancaq "Həmd" surəsini oxuyub, rükuya getmək olar. Müstəhəb namazda rükətlərin sayına görə şəkk etmək namazı batil etməz. Müstəhəb namazda səhv edən zaman səhv səcdəsinə ehtiyac olmaz. Vacib namazlarda məscidə getmək çox təkid edilir, lakin nafilə namazlarında deyil.
Bu asan və sadəlik ona görədir ki, insanlar namaza tərəf təşviq olunsunlar. Əgər insan müstəhəb namazı vaxtında qıla bilməyibsə, qəzasını qıla bilər. Allah bu zaman mələklərinə buyurar: "Bəndəmə baxın! O şeyi ki, ona vacib etməmişəm, qəzasını qılır".
Bəs hansı namazlar qəbul olandır?
Hədislərə və Quran ayələrinə istinad edərək, deyə bilərik ki, bunun üçün üç şərt lazımdır:
1. İman.
2. Təqva.
3. Namazın zahiri və batini şərtlərinin toplanması: təharət, xalis niyyət, vaxt, məkan, qiraətin düzlüyü, tərtib, qiblə...
O kəs ki, Allaha, Qiyamətə, nübuvvətə, kitab və mələklərə görə düzgün etiqada malik deyildir, namazı qəbul olmaz.
Allah Təala bizləri namazı qəbul olunanlardan qərar versin.Namaz elə bir ibadətdir ki, çox sayda bərəkəti və fəziləti vardır. İmam Sadiqin (ə) buyurduğu kimi, qəbul olan 2 rükət namaz İlahi əzaba mane olar.

Allah Təala bizləri namazı qəbul olunanlardan qərar versin.

loading...
(səs: 4)
Şərhlər:
Baxılıb: 1312
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

Qadın testləri

Aylıq arxiv