Dünyanı da, axirəti də cənnət edən "Səbir"

Müəllif: guler19
Şərhlər:
Baxılıb: 878
Paylaş:
Səs ver:
(səs: 2)
Səbir-həyatın ən doğru, ən xeyrli ritmə uyğunlaşdırılmasıdır. Səbir Allahın öz bəndəsindən gözlədiyi ən gözəl xüsusiyyətlərdən biridir. Başımıza cürbəcür bəlalar, müsibətlər gəlir. Qarşımıza cürbəcür problemlər, çətinliklər çıxır. Bu məqamda səbir ağrının ilk anında dözə bilməkdir. Zərbənin ik anında dayana bilməkdir. Allaha üsyan etməməkdir., Allaha təslim olmaqdır. Allahın əmrlərini yerinə yetirmək də səbirlə mümkündür.
Səbir bütün əməllərini dünya hesablarına görə yox, axirət hesablarına görə tənzimləməkdir. Səbrin müxtəlif şöbələri var:
Başa gələn müsibətlərə dözə bilmək üçün səbir;
İbadətləri yerinə yetirmək üçün səbir;
Günahlardan uzaq olmaq üçün səbir;
Dünyanın cazibəsindən xilas olmaq üçün səbir.
Səbir səbirsizliklə acizlik arasında ən doğru yoldur. Səbirsiz insan elə ilk anda üsyan edir və zərərə uğrayır. Aciz insan da elə ilk anda iradəsindən imtina edir və zərərə uğrayır. Aciz insan ağlından, iradəsindən istifadə etməyən insan deməkdir. zillətə boyun əyən insan deməkdir. Bu mənada səbir iradə işidir, ağıl işidir. Zillət isə ağılsızlıq, iradəsizlikdir. Səbir bəzən üsyan etməkdir, ancaq Haqq üçün haqlı məqamda və haqlı yerdə üsyan etməkdir. İmam Hüseyin hadisəsi də bunun ən gözəl nümunəsidir. Səbir edən insan Allahın (c.c.) Dayan- dediyi yerdə dayanmağı bacarmalı, Get- dediyi yerdə də getməyi barmalıdır. Səbir sükunət deyil, səbir ətalət deyil. Allahın əmrlərinə uyğun hərəkət etməkdir. Allahın rizasına uyğun istiqamət götürməkdir. Ona görə də, bu mövzuda danışanda, düşünəndə həssas olmaq lazımdır. Səbri zillət, acizlik kimi anlayanlar heç vaxt doğru qənaət sahibi ola bilməzlər. Quran məntiqi ilə səbir həm də ölümü gözə almaqdır. Təbii ki, bu ölüm ölümün zirvəsi olacaq, şəhadət olacaq, şəhidlik olacaq o bədəni Allahın rizasına qovuşduracaq.

Uzun yay günlərində oruc tutmaq, soyuq qış gecələrində namaz qılmaq, dünyada Allahın verdiyi halal nemətləri başqaları ilə bölüşmək əlbəttə ki, səbir gücü tələb edir. Səbir imanın yarısıdır, hər cür xeyrin, fəzilətin anasıdır, təməlidir, bünövrəsidir. Allah Qurani-Kərimdə buyurur ki, başınıza gələn xoş işləri Allahdan bilin, müsibətləri özünüzdən bilin. Başqa bir yerdə isə buyrulur ki, bir-birinə xeyri, saleh əməli və səbri tövsiyə etməyənlərdən başqa hər kəs zərərdədir. Yəni səbir məsələsi bu qədər mühüm, bu qədər həyati məsələdir. Digər tərəfdən səbir Allahin bizdən nə gözlədiyini öyrənmək və Ona layiqincə qarşılıq verməkdir.
Bəzən iradəmizdən asılı olmayaraq başımıza müəyyən işlər gəlir. Məsələn, bütün gigiyenik qaydalaraəməl etsək də heç gözləmədiyimiz halda xəstələnirik. Yəni, o xəstəlik bizə bir növ Allahın göndərdiyi bir müsibətdir. Öz əməllərimizin nəticəsi deyil, ekstra haldır. Bu hikməti anlamaq və ona səbirlə dözmək insana Allah qatında dəyər qazandırır. Bunun ən gözəl nümunəsini biz Həzrəti Əyyubun (ə.s.) həyatında görürük.
Bir sözlə səbir- bədənin ağlı, düşüncəsi, iradəsi ilə Allaha təslim olması və Onun buyurduğu yolu tutmasıdır...
Allah (c.c.) bizi səbirsizlikdən, acizlikdən uzaq olanlardan, səbirlə, iradə ilə yaşayanlardan və Allahın rizasına qovuşanlardan etsin...

loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 878
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv