Allah üçün nə etmişik??

Müəllif: Denizimm
Şərhlər:
Baxılıb: 705
Paylaş:
Səs ver:
(səs: 3)
Şeyxin oğlanlarından biri belə deyir: Bir gün atamla bibi Şəhrəbanu ziyarətgahına getmişdik. Yolda bir murtazla rastlaşdıq. Atam ona dedi: Sənin riyazətlərinin nəticəsi nədir?

Murtaz əyilib yerdən bir daş götürüb əlində armuda çevirdi və atama təklif edib dedi: Buyurun, yeyin!

Şeyx ona bir nəzər salıb dedi: Bu işi mənim üçün gördün. De görüm Allah üçün nə etmisən?!

Murtaz bu sözü eşitdikdə ağlamağa başladı.

Vay olsun mənə Vay olsun mənə!

Şeyxin hüzurundan 30 il müddətində bəhrələnən şagirdlərindən biri deyir ki, Şeyx mənə buyurdu: İranın böyük şəhərlərindən birində yaşamış mə᾽na əhlindən olan alimlərdən birini bərzəx aləmində gördüm. O, daim təəssüflənir və dizlərinə vuraraq deyirdi: Vay olsun mənə, gəldim amma özümlə heç bir xalis əməl gətirmədim!

Ondan soruşdum ki, nə üçün belə edirsən? Cavab verdi: Sağlığımda bir gün kəsb-ticarətlə məşğul olan mə᾽na əhlindən biri ilə rastlaşdım. O, mənim batini xüsusiyyətlərimdən bə᾽zilərini özümə xatırlatdı. Ondan ayrıldıqdan sonra qərara aldım ki, riyazətlə məşğul olub, o şəxs kimi bərzəx gözümü açım və qeybi mükaşifələrə və müşahidələrə əl tapım. Otuz il müddətində riyazət çəkdim və bu işə nail oldum. Bu zaman əcəlim gəlib çatdı. İndi mənə deyirlər: Mə᾽na əhlindən olan o şəxsi gördüyün vaxta qədər həvayi-nəfsin əlində giriftar idin. Ondan sonra da təqribən ömrünün otuz ilini mükaşifə və bərzəx halətlərini görməyə sərf etmisən. İndi de görək, bizim üçün gətirdiyin xalis əməl hansıdır?!

Allah xatirinə yaxşı olmaq
Böyük irfan və əxlaq ustadlarından və müasir alimlərdən biri buyururdu ki, cənab Şeyx Rəcəbəlidən özüm barəsində (necə olduğumu) soruşdum O, cavab verdi: Cənab Şeyx! Ürəyin yaxşı olmağı istəyir amma, özün üçün! Çalış yaxşı olmağı Allaha görə istə!

Əziz oxucular! Gördüyünüz kimi cənab Şeyx ilahi bəsirətlə tövhidlə şirkin çox incə sərhədlərini ayırd edir və camaata xəbərdarlıq verir! Bəli, bu çox incə sərhədlər olub, tükdən də nazikdir. Bundan başqa yolla tövhidin həqiqətinə,cənnəti-liqaya nail olmaq qeyri mümkündür.

loading...
(səs: 3)
Şərhlər:
Baxılıb: 705
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv