Tövbənin fəziləti

Şərhlər:
Baxılıb: 868
Paylaş:
Səs ver:
(səs: 2)
Allahın Peyğəmbəri salləllahu aleyhi və səlləm demişdir: "Sizdən əvvəlki ümmətlərdən bir kişi doxsan doqquz adam öldürdü. Dünyada ən çox bilənin kim olduğunu soruşdu və ona bir rahibi göstərdilər. Onun yanına gəlib belə dedi: "Mən doxsan doqquz adam öldürmüşəm”. Həmçinin, soruşdu: "Buna tövbə varmı?” O dedi: "Xeyr!” Həmin adam rahibi də öldürərək bununla sayı yüzə tamamladı. Sonra dünyada ən çox bilənin kim olduğunu soruşdu və ona bir alimi göstərdilər. Onun yanına gəlib yüz adam öldürdüyünü dedi. Həmçinin, soruşdu: "Buna tövbə varmı?” O dedi: "Bəli! Kim tövbə edənlə tövbəsi arasına girə bilər? İnsanların Uca Allaha ibadət etdikləri filan yerə get, onlarla birgə Allaha ibadət elə və öz torpağına qayıtma, çünki ora pis yerdir”. O yola düşüb yolun yarısına çatmışdı ki, ölüm onu haqladı. Ona görə rəhmət və əzab mələkləri öz aralarında mübahisə etməli oldular. Rəhmət mələkləri dedilər: "O tövbə edərək qəlbi ilə Uca Allaha tərəf gəlmişdir.” Əzab mələkləri isə dedilər: "O həqiqətən heç bir xeyir iş görməmişdir”. Onların yanına insan qiyafəsində bir mələk gəldi. Onu öz aralarında hakim təyin etdilər. O dedi: "Bu iki məsafəni (gəldiyi yerdən bura və buradan gedəcəyi yerə qədər) ölçün, hansına yaxın olarsa, ora da aiddir. Ölçdükdə onun gedəcəyi yerə yaxın olduğunu gördülər və onun ruhunu rəhmət mələkləri alıb apardılar”. Qatədə Həsənin belə dediyini rəvayət edir: "Bizə deyildiyinə görə: "Bu adama ölüm gəlincə, o, sinəsiylə (həmin tərəfə doğru) sürünmüşdür”. Həmçinin, Peyğəmbər salləllahu aleyhi və səlləm demişdir: "Bir dəfə Allahın qullarından biri günah iş gördü və: "Ey Rəbbim, mən günah iş gördüm, məni bağışla!”- dedi. Rəbbi öz dərgahında buyurdu: "Mənim qulum bilir ki, onun günahları bağışlayan və onlara görə cəza verən Rəbbi vardır. Mən onu bağışlayıram”. Bu adam Allahın istədiyi qədər (günah işlətmədən) yaşadıqdan sonra yenə günah iş gördü və: "Ey Rəbbim, mən yenə günah iş gördüm, günahımı bağışla!”- dedi. Allah buyurdu: "Mənim qulum bilir ki, onun günahları bağışlayan və onlara görə cəza verən Rəbbi vardır. Mən onu bağışlayıram”. Bu adam Allahın istədiyi qədər yaşadıqdan sonra bir daha günah iş gördü və: "Ey Rəbbim, mən yenə günah iş gördüm, günahımı bağışla!”- dedi. Allah buyurdu: "Mənim qulum bilir ki, onun günahları bağışlayan və onlara görə cəza verən Rəbbi vardır. Mən onu üç dəfə bağışladım. (Bundan sonra) istədiyini edə bilər”. Yəni insan günahlarına görə hər dəfə Allahdan bağışlanma dilədikdə Allah onu bağışlayır. Başqa bir hədisdə Peyğəmbər demişdir: "İblis Rəbbinə dedi: "İzzətinə və Ucalığına and olsun! Nə qədər ki, Adəm övladlarının ruhları bədənlərindədir, mən onları azdırmaqdan əl çəkməyəcəyəm”. Allah buyurdu: "İzzətimə və Ucalığıma and olsun! Nə qədər ki, onlar Məndən bağışlanma diləyəcək, Mən onlarıbağışlayacağam!”

loading...
(səs: 2)
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv