Qədər qismət anlayışı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 567
Səs ver:
(səs: 2)
Haqqında ən çox danışılan mövzulardan biri də qismətdir. Elə xalqımızın da bu mövzeyla bağlı çoxlu sözləri var:"Qismətdən artiq yemək olmaz!", "Qismətdən qaçmaq olmaz!", "Qisməti varsa quş dimdiyində gələr!" və s. Bəzən də görursən ki, birisi əlindəki işi catdirmaq əvəzinə boynunu burub sadəcə:"Qismət nədirsə o da olacaq",-deyir. Özü də bunu İslamla bağlayir. Amma bilmir ki, onun bu hərəkəti İslama uyğun deyil. Dinimiz buyurur ki, insan bir məqsədə nail olmaq üçün əlindən gələn her şeyi (təbii ki halallıq şərti ilə) yerinə yetirməyə calışsın, nəticəni isə Allahdan istəsin. Yoxsa durub: "Allahdan buyruq, agzima quyruq", nə İslama uyğundur, nə də əxlaqa. Bir dəki qədər, qismət bir hadisə baş verəndən sonra məlum olur. Yəni bir an sonra nə olacağını ancaq Allah-Təala bilər, bəndə bilməz. Bəndə bir an sonra nə olacağını düşünmədən Allahın ona buyurduqlarına uyğun olaraq, boynuna düşən işi yerinə yetirməlidir. Qismət haqqında çox düşünmək imanın zəifliyini göstərir. Sabah nə olacaq, o, Allahın işidir. Sən işini bu gün şərəflə ləyaqətlə,ən başlıcas isə Allah-Talanı düşünərək yerinə yetir.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 3 567
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri