Salam verməyin əhəmiyyəti

Müəllif: Lola_Maya_
Şərhlər:
Baxılıb: 737
Paylaş:
Səs ver:
(səs: 2)

Salam vermək əslində dua etməkdir: Allah səni əmin-amanlıq içində saxlasın, xətadan, bəladan qorusun, şərdən, pis əməldən uzaq tutsun. Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, salam verib salam almaq insanlar arasında sevgini, səmimiyyəti artırır. Ona görə də, təkcə salam verib salam almaq yox, salam verib salam almağı təbliğ etmək lazımdır.

Salam verməyin ən qısa şəkli belədir: "əs-Salamu-Aleykum”, yəni sizə salam olsun. Salam almağın ən qısa şəkli isə belədir: "və Aleykum Salam”, yəni sizə də salam olsun. "əs-Salamu-Aleykum” deyənə eyni cavabı qaytarmaqdansa, "və Aleykum Salam” demək daha doğrudur.

Bəzən birisi "əs-Salamu-Aleykum və Rəhmətullah” deyir. Yəni Allahın salamı və mərhəməti sizin üzərinizə olsun. Peyğəmbərimiz buyurur ki, salama ya eyni dərəcədə, ya da daha çox söz və ya daha çox dua ilə cavab vermək lazımdır, yəni bu cür salam verən birisinə ya "və Aleykum Salam və Rəhmətullah” kimi, ya da"və Aleykum Salam və Rəhmətullah və Bərəkətihu” kimi cavab verilməlidir.

Yuxarıda ifadə etdiyimiz kimi, salam vermək Peyğəmbərimizin bizə buyuruğudur. Əgər ciddi bir səbəb varsa, onda salam verməmək günah deyil, əgər ciddi bir səbəb yoxsa, onda salamı almamaq günahdır. Çünki salamı almamaq həm salamı verənə, həm də salamın Sahibinə, yəni Allaha qarşı hörmətsizlikdir. Əgər birisi otağa daxil olub oradakı hər kəsə "əs-Salamu Aleykum” deyərsə, içəridəkilərdən bir nəfərin o salamı alması kifayətdir. Təbii ki, əgər istəsə, hər kəs cavab verə bilər. Ədəbə görə, müsəlmanlar görüşəndə də, ayrılanda da salamlaşmalıdırlar. Görüşərkən salamdan əvvəl heç bir şey deyilməməlidir. Əvvəlcə salam verilib-alınmalı, sonra məsələyə keçilməlidir. Görüşüb salamlaşarkən əl sıxmaq da Peyğəmbərimizin buyurduğu xoş əməllərdəndir.

Yuxarıda dediyimiz kimi, salam verib, salam almaq Peyğəmbərimizin buyuruğudur. Yəni, salamda hər şey gözəldir. Salamlaşmaq sevgidir, salamlaşmaq səmimiyyətdir, salamlaşmaq xeyirxahlıqdır. Salamlaşmaqxeyir-dua etməkdir, salamlaşmaq əmin-amanlıq arzulamaqdır, salamlaşmaq xeyir-bərəkət diləməkdir. Bir yerdə rastlaşarkən adətən kiçiyin böyüyə salam verməsini gözləyirik. Əslində isə kiçiyin birinci salam verməsi ədəb, böyüyün birinci salam verməsi isə təvazökarlıqdır. Kim birinci salam versə, o, daha çox qazanar. İslam əxlaqında dillə salam vermək mümkün olduğu halda, əllə, başqa sözlə əl işarəsi ilə salam vermək doğru hesab olunmur. Ancaq salam verdiyin adam səndən uzaqdadırsa və verdiyin salamı eşitməyəcəyindən əminsənsə, dillə salam verməklə yanaşı əllə, başqa sözlə, əl işarəsi ilə də salam vermək olar.

 

Salam verin, salam alın, salamı həyatınızın ayrılmaz parçasına çevirin ki, elə bu duada buyurulduğu kimi onun əmin-amanlığını, mərhəmətini, xeyir-bərəkətini görəsiniz...


loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 737
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv