ZƏMZƏM:
İbrahim əleyhissalamın zövcəsi (xanımı), İsmayıl əleyhissalamın anası
olan Həcər, su axtarmaq üzrə Səfa və Mərvə təpələri arasında gedib
gələrkən, Zəmzəm quyusunun olduğu yerdə, Cəbrail (Cəbrayıl) əleyhissalam
göründü. Topuğu ilə (və ya qanadıyla) torpağı qazıb suyu (Zəmzəmi)
meydana çıxardı. Həcər (bu vəziyyəti görüncə) zay olmasın deyə dərhal
suyun ətrafını çevirib, hovuz halına gətirdi. Bir tərəfdən də qabını
doldurmağa çalışırdı. Su isə ovuc ovuc alındıqca təkrar fışqırırdı.
Allahu təala İsmayılın anasına rəhmət etsin! O, Zəmzəmi öz halına
buraxmış olsaydı, yaxud suyu avuçlamasa idi, şübhəsiz Zəmzəm axar bir
çay olardı. (Hədisi-şərif-Buxari)
Zəmzəm suyu nə üçün içilsə, ona şəfadır. (Hədisi-şərif-Mir'ət--ül-Hərəmeyn)
Kim həcc niyyəti ilə Beyt-i şərifə (Kəbəyə) gəlib, Kəbə-i Şərif
ətrafında yeddi dəfə təvaf etsə, gəzsə sonra Makâm-ı İbrahimə gəlib iki
rükət təvaf namazı qılsa, ondan sonra Zəmzəm quyusuna gəlib, suyundan
içsə Cənabi-Haqq onu anasından doğulduğu gün kimi günahından tərtəmiz
edər. (Hədisi-şərif-Ahbâru Məkkə)
Zəmzəm içərkən, Qibləyə qarşı yönəlməli, ayaqda və üç qurtumda
içməlidir. Zəmzəm içmədən əvvəl, bu duanı oxumalıdır: "Allahummə inni
es'elüke elmən Nafia və ruziyə vasia və şifaen min külli daini və
sekamin birahmetike ya Ərhamərrahimin (Allahım send ən faydalı elm, bol
ruzi, hər cür xəstəlikdən şəfa istəyirəm. Ey mərhəmətlilərin ən
mərhəmətlisi! Bunları sənin rəhmətinə güvənərək istəyirəm) "(Əyyub Səbri
Paşa)